Son dəqiqə
BDU-da 9 fakültənin dekanı dəyişir – Yeni namizədlər axtarılır Yeni əsginaslar saxta pullara qarışdırılır – VİDEO Bakıda yeni işıqforlar necə işləyəcək? – FOTOLAR Daha bir ölkə Rusiya ilə sərhədi bağlamağı planlaşdırır Karapetyan Ermənistanın yeni Konstitusiyasına qarşı çıxdı: bəyanat yaydı Xəzər suyunun duzsuzlaşdırılmasına 140 milyon dollar ayırıldı Dünya bazarlarında neftin qiyməti dəyişdi Valyuta məzənnələri: Avro və rubl ucuzlaşdı Azərbaycanda kolleclər ləğv edilir? – Nazirlikdən böyük dəyişiklik anonsu “Sədərək” və “Binə”də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı

BDU-da 9 fakültənin dekanı dəyişir – Yeni namizədlər axtarılır

Cəmiyyət

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Cagdas.az  xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.

Qeyd edilib ki, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.

Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.\modern.az\