Partiyanın lideri Tiqran Urixanyan hazırkı baş nazir Nikol Paşinyanın qalib gələcəyi təqdirdə, “Alyans”ın radikal mübarizə aparmaq və xalq etiraz dalğası formalaşdırmaq hüququnu özündə saxladığını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl MSK-nın Urixanyanın namizədliyini qeydiyyata almaqdan imtina etdiyi barədə xəbərlər yayılmışdı. Yerli seçki qanunvericiliyinə əsasən, namizəd son 4 il ərzində fasiləsiz olaraq Ermənistanda yaşamalıdır. Urixanyanın isə bu tələbə cavab vermədiyi bildirilirdi.(Referans Media)
















