• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.5° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA

26 İyun, 26 / 19:17
A A

Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkün dəyişikliklərlə bağlı suallar yaradır.

Bəs yaxın illərdə ölkədə pensiya yaşının 70-ə yüksəldilməsi real görünürmü?
Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırkı şəraitdə bunun baş verəcəyini gözləmir.

Deputatın sözlərinə görə, pensiya yaşının müəyyənləşdirilməsi əsasən insanların orta ömür uzunluğu ilə əlaqələndirilir:
“Bunu söyləmək çətindir. Beynəlxalq praktikada pensiya yaşı adətən orta ölüm yaşı ilə təxminən 12 il fərq əsasında müəyyənləşdirilir. Əgər orta ömür uzunluğu 77 yaşdırsa, pensiya yaşının 65 olması normal hesab edilir. Gələcəkdə orta ömür uzunluğu 82 yaşa yüksələrsə, o zaman pensiya yaşının 70-ə çatdırılması nəzərdən keçirilə bilər.”

Fazil Mustafa vurğulayıb ki, Azərbaycanda hələlik belə bir standartın tətbiqi üçün zəruri şərtlər formalaşmayıb:
“Hazırda ölkəmizdə yaş həddini bu səviyyəyə qaldırmaq mümkün görünmür. Bu, ilk növbədə səhiyyə sisteminin inkişaf səviyyəsi, insanların sağlamlıq vəziyyəti və sosial problemlərinin həlli ilə bağlıdır. Avropa ölkələrinin bir çoxunda insanların 90-100 yaşa qədər yaşamaq tendensiyası daha yüksəkdir. Bunun səbəbi isə keyfiyyətli səhiyyə xidmətləri və yüksək həyat standartlarıdır.”

Deputatın fikrincə, indiki şərtlər daxilində yaxın perspektivdə pensiya yaşının 70-ə qaldırılması gözlənilən deyil.
O, əlavə edib ki, belə bir qərar cəmiyyətdə birmənalı qarşılanmaya da bilər:

“Pensiya yaşının artırılması cəmiyyətin bir hissəsini qane etsə də, digər hissəsinin narazılığına səbəb olacaq. Çünki elə insanlar var ki, onlar pensiyaya daha erkən çıxmaq istəyirlər. Bu baxımdan məsələ kifayət qədər həssasdır və hər hansı qərar qəbul edilərkən sosial amillər də nəzərə alınmalıdır.”

Bənzər Xəbərlər

Cəmiyyət

Həkimdən xəbərdarlıq: Keçməyən qaşınmanı laqeyd qoymayın

İyun 26, 2026
Cəmiyyət

Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?

 

İyun 26, 2026
Cəmiyyət

Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək

İyun 26, 2026
Cəmiyyət

Narkomaniyanın qarşısını necə almaq olar? – Çıxış yolları AÇIQLANDI

İyun 26, 2026
Cəmiyyət

Çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

İyun 26, 2026
Cəmiyyət

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

İyun 26, 2026

XƏBƏR LENTİ

Paşinyandan KTMT-yə AĞIR ZƏRBƏ: Görün nə etdi…

26 İyun, 26 / 20:21

Həkimdən xəbərdarlıq: Keçməyən qaşınmanı laqeyd qoymayın

26 İyun, 26 / 20:06

Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?

 

26 İyun, 26 / 19:50

Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək

26 İyun, 26 / 19:34

Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA

26 İyun, 26 / 19:17

Azərbaycanlı qadın Türkiyədə HƏBS olundu

26 İyun, 26 / 19:00

Narkomaniyanın qarşısını necə almaq olar? – Çıxış yolları AÇIQLANDI

26 İyun, 26 / 18:44

Avropa İttifaqından Bakı və İrəvan haqda vacib AÇIQLAMA

26 İyun, 26 / 18:27

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

26 İyun, 26 / 18:20

Braziliya Vinisiusa görə FIFA-ya etiraz etdi

26 İyun, 26 / 18:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.