Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

Cəmiyyət

“Paytaxtda plana düşdüyü üçün sökülən mənzillərə görə kompensasiya hesablanarkən bir neçə faktor nəzərə alınmalıdır”.
Cagdas.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, sökülən mənzillərin qiymətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif irəli sürülüb:

“Burada təkcə bazar dəyərindən söhbət gedə bilməz. Narahatlığa, sosial faktorlara və itkilərə görə əlavə kompensasiya hesablanmalıdır. İnsanlar başqa yerə köçməklə həm narahat olur, həm öz yaşayışını, işini itirir. Çünki biri yaxın, biri uzaq məsafəyə köçür. İnsanlara dəyən zərər, sosial və birbaşa faktorlar müxtəlifdir. Ona görə də bu faktorların hər birini qiymətləndirici qiymətləndirib, rəy verməlidir. Yəqin ki, bu məsələ yaxın zamanlarda həllini tapar”.(referans media)