Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Polşa Ukraynaya “MiQ-29” qırıcıları verməyi planlaşdırır

Dünya

Polşa Ukrayna ilə bu ölkəyə “MiQ-29” qırıcı təyyarələrinin verilməsi barədə danışıqlar aparır.

Cagdas.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin baş qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, təyyarələrin verilməsi onların hədəf operativ resurslarına çatması, eləcə də Polşa Silahlı Qüvvələrində növbəti modernləşdirmə perspektivlərinin olmaması ilə əlaqədardır.

Həmçinin qeyd olunub ki, təyyarələrin verilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Təyyarələrin tədarükü ilə əlaqədar olaraq Ukrayna tərəfi ilə Polşaya pilotsuz uçuş aparatların və raketlərin müəyyən texnologiyalarının verilməsi barədə danışıqlar aparılır.(report)