Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib.
Cagdas.az -ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Rasim oğlu Ağabalayevə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib.
Sözügedən ixtisas dərəcəsi dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərə verilən xüsusi dövlət statuslarından biridir.

















