• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.2° Weather Columbus
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Prezidentin fərmanı Bakıda nəyi dəyişəcək?

11 May, 26 / 16:13
A A

Metro, avtobus və taksi vahid sistemdə: Bakı nəqliyyatında yeni dövr başlayır

Xəbər verdiyimiz kimi, Prezidentin fərmanına əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC ləğv edilərək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) birləşdirilib. Bununla da “Bakı Metropoliteni” QSC hər iki qurumun hüquqi varisi hesab olunur və onların bütün hüquq, öhdəlik və əmlakları metropolitenə keçir.

Yeni qərara əsasən:

•Metro, avtobus və taksi xidmətləri vahid mərkəzdən koordinasiya olunacaq.

* Cəmiyyətin fəaliyyətinə nəzarət üçün 5 üzvdən ibarət Müşahidə Şurası və 5 üzvdən ibarət İdarə Heyəti yaradılır.

* Gediş haqqının ödənilməsi və xidmətlərin təşkili üzrə vahid rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur.

Bu birləşmə (“Bakı Metropoliteni”, “BakuBus” və “Bakı Taksi Xidməti”) şəhər nəqliyyat sistemində hansı struktur dəyişikliyini yaradacaq?

Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynov bu islahatın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib:

“Ümumiyyətlə, dünyada müxtəlif ölkələrdə çox yaxşı praktika var. Onlardan biri ictimai nəqliyyat sektorunun bir-birinə çox ciddi şəkildə inteqrasiya etməsidir. Məsələn, metro, metrobus, tramvay, eyni zamanda taksi xidmətlərini həyata keçirən xüsusi marşrutlar, xüsusi taksi duracaqlarının, taksi dayanacaqlarının yerləşdirilməsi. Və bütün bunlar bir-birinə inteqrasiya etdikdə, nəticə etibarilə ümumi nəqliyyat, ictimai nəqliyyat sisteminin, sərnişindaşımanın kifayət qədər sadələşdirilməsi, rahatlaşması və əlçatanlığı baş verir”.

Ekspert qeyd edib ki, bu sistemin ən uğurlu nümunələri Avropada tətbiq olunmaqdadır:

“Məsələn, Berlin şəhərində metropoliten sistemi, ictimai avtobuslar, tramvaylar bir-birinə çox ciddi şəkildə inteqrasiya olunub və həm sürətli sərnişindaşıma, həm də keyfiyyətli sərnişindaşıma sistemini qurulub. Bu baxımdan düşünürəm ki, bu dəyişikliklər ölkədə ictimai nəqliyyat sisteminin inkişafına və vətəndaşların rahatlığına, əlçatanlığına xidmət göstərə bilər”.

İlqar Hüseynov paytaxtın əsas problemi olan tıxaclara da toxunaraq, bu addımın vətəndaşları ictimai nəqliyyata yönləndirmək üçün həlledici olduğunu vurğulayıb:

“Amma bununla yanaşı, bizim ən dəhşətli problemimiz məhz tıxacların olmasıdır. Biz vətəndaşlarımızı şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılmasına və təşviq olunaraq ictimai nəqliyyat sisteminə istifadəsinə keçid etməyə nail olmasaq, təbii ki, biz ciddi irəliləyişlərə, ciddi nəticələrə bu istiqamətdə gətirib çıxara bilməyəcəyik”,-deyə ekspert vurğulayıb.

Qeyd edək ki, bu birləşmə sərnişinlər üçün vahid ödəniş sistemi, daha koordinasiyalı marşrut xətləri və metro stansiyalarına çıxışın daha asan olması deməkdir.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu şəxslər üçün kritik dövr başlayır - MAYDAN ETİBARƏN...

May 11, 2026
Cəmiyyət

Xankəndidə WUF13 festivalı keçirildi

May 11, 2026
Cəmiyyət

Hava kəskin dəyişəcək: SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ

May 11, 2026
Cəmiyyət

Bu diaqnoz ölüm hökmü deyil: Postsovet ölkələrində xərçəng ona görə daha çox insanı öldürür ki...

May 11, 2026
Cəmiyyət

Hantavirusun təhlükələri barədə xəbərdarlıq:Damarlara və ağciyərə hücum edir

May 10, 2026
Cəmiyyət

Vasif Talıbov uzun müddət sonra ortaya çıxdı və görün NƏ PAYLAŞDI - FOTO

May 10, 2026

XƏBƏR LENTİ

Bank kartınızdan pul tutulur - SƏBƏBLƏR AÇIQLANDI

11 May, 26 / 17:20

Alimlərdən qlobal fəlakətlə bağlı xəbərdarlıq: Daha tez baş verəcək

11 May, 26 / 16:59

Mayda pensiya gözləyənlərə XƏBƏR

11 May, 26 / 16:43

Bu şəxslər üçün kritik dövr başlayır - MAYDAN ETİBARƏN...

11 May, 26 / 16:28

Prezidentin fərmanı Bakıda nəyi dəyişəcək?

11 May, 26 / 16:13

Bu şəxslərdən işdə test götürüləcək — Həmin sualların siyahısı

11 May, 26 / 15:55

Qurban Qurbanov tənqid olundu – Bu uşağa görə / VİDEO

11 May, 26 / 15:35

Xaricdə yaşayan Ermənistan vətəndaşları üçün seçki məntəqələri açılmayacaq – MSK

11 May, 26 / 15:16

Rusiya növbəti zərbə: 7 ölkə qapıları bağladı

11 May, 26 / 14:55

Bank kartı olanların nəzərinə: yeni qayda tətbiq edilir

11 May, 26 / 14:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.