Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Putin Hindistan səfərini dəyərləndirdi

Dünya

Rusiya Prezidenti Vladimir Putin Hindistana iki günlük səfərinin yekunlarını dəyərləndirib. Dövlət başçısının sözlərini Kremlin mətbuat xidməti yayıb.

Cagdas.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Yeni Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Rusiya liderinin bildirdiyinə görə, tərəflər arasında aparılan danışıqlar konstruktiv və dostluq şəraitində keçib.

Prezident qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Hindistan arasında azad ticarət zonası haqqında saziş üzərində iş artıq davam edir. Bundan əlavə, Moskva və Yeni Dehli 2030-cu ilə qədər iqtisadi əməkdaşlıq proqramı haqqında razılığa gəlib.

Putinin sözlərinə görə, Rusiya Hindistana yanacaq tədarükünü davam etdirəcək.
Xatırladaq ki, bundan əvvəl Vladimir Putin və Narendra Modinin Yeni Dehlidə görüş keçirdiyi bildirilmişdi.

Qeyd edək ki, Rusiya tərəfi Putinin Uitkoff və Kuşnerlə dialoquna ABŞ-ın verəcəyi reaksiyanı gözlədiyini də açıqlamışdı.