Son dəqiqə
Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT

Putin MDB liderlərini Sankt-Peterburqa dəvət edib

Cəmiyyət

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət edib.

Cagdas.az xəbər verir ki, Putin Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı Birlik daxilində ticarət maneələrinin aradan qaldırılmasının daha böyük uğurlara yol aça biləcəyini bildirib.

Onun sözlərinə görə, MDB daxilində hesablaşmaların 90 faizdən çoxu milli valyutalarla aparılır. Putin bəzi ölkələrdə milli səviyyədə tətbiq olunan məhdudiyyətlərin inkişaf tempini zəiflətdiyini qeyd edib:

“Biz özümüz mümkün inkişaf tempini şüurlu şəkildə məhdudlaşdırırıq”.

Rusiya Prezidenti MDB ölkələrinin ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılmasını yekdilliklə dəstəklədiyini deyib.

O, Birlik ölkələrinin xalqlarını ortaq ənənə və dəyərlərin, qohumluq və tarixi əlaqələrin yaxınlaşdırdığını, rus dilinin isə MDB məkanında güclü birləşdirici amil olduğunu vurğulayıb.

Putin, həmçinin Xəzər dənizi ilə bağlı məsələnin müzakirə edilməsinin vacibliyini bildirib.\modern.az\