• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Qaçqınkom” Lökbatandakı yanğınla bağlı MƏLUMAT YAYDI

05 Dekabr, 25 / 20:54
A A

“5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar”.

Cagdas.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib:
“Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar”.

Məlumata görə, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür:

“Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq. Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?

Aprel 29, 2026
Cəmiyyət

Bu xəstəxananın köçürülməsinə başlanıldı

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

Aprel 29, 2026
Cəmiyyət

Kürdə su artdı, körpü sıradan çıxdı

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan – İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək

Aprel 29, 2026
Cəmiyyət

Yağışlar mayda da davam edəcək – Aylıq hava proqnozu

Aprel 29, 2026

XƏBƏR LENTİ

Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?

29 Aprel, 26 / 21:21

Bu xəstəxananın köçürülməsinə başlanıldı

29 Aprel, 26 / 20:07

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

29 Aprel, 26 / 19:48

Kürdə su artdı, körpü sıradan çıxdı

29 Aprel, 26 / 19:34

“1400 mülki şəxsin qatili” etiraf etdi: “Əmr birbaşa Əsəddən gəlirdi, vurduqca mükafat alırdıq”

29 Aprel, 26 / 19:18

Əsəd dövrünə dair məhkəmə prosesi başladı: rejimin “qara qutuları” ittiham olunur

29 Aprel, 26 / 18:59

Azərbaycan – İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək

29 Aprel, 26 / 18:44

Yağışlar mayda da davam edəcək – Aylıq hava proqnozu

29 Aprel, 26 / 18:29

Gömrük pirat və kontrafakt şübhəsi olan tez xarab malların buraxılışını dayandıracaq

29 Aprel, 26 / 18:14

Gömrükdə ödənişlər nağdsız olacaq

29 Aprel, 26 / 18:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.