Son dəqiqə
Azərbaycan və Böyük Britaniya Bakıda əməkdaşlıq sənədləri imzalayacaq Ramil Usubovun kürəkəni vəfat etdi Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır
Reklam
Reklam

“Qarabağ” azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR

İdman

FIFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub.

Cagdas.az Futbolinfo.az-a istinadən xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.

FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, “Qarabağ”ın bu məsələ ilə bağlı problemi həllini tapıb.

Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən “Neftçi” ilə eyni taleyi yaşayıb. Belə ki, “Qarabağ” futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, “Qarabağ” yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.