Son dəqiqə
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub Deputatlar 13 məsələni müzakirə etmək üçün toplaşdılar Pensiyalar sabah ödəniləcək
Reklam
Reklam

“Qarabağ”ın ulduzlarının avtomobillərini PAYLAŞDI – VİDEO

Cəmiyyət

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur idman aparıcısı və şərhçisi Ertem Şener Bakıda olduğu müddətdə paylaşımları ilə böyük maraq doğurur.

Cagdas.az xəbər verir ki, teleaparıcı bu dəfəki paylaşımı ilə xüsusilə “Qarabağ” azarkeşlərinin diqqətini çəkib.

Ertem Şener sosial şəbəkə hesabında “Koxalski, Duran və Medina… Budur Qarabağ” sözlərini yazaraq ürək emojiləri əlavə edib. Onun paylaşımı qısa zamanda geniş izləyici kütləsi tərəfindən bəyənilib və çoxlu rəylər toplayıb.

Görüntülərdə diqqət çəkən digər məqam isə “Qarabağ” klubunun ulduz futbolçularına məxsus avtomobillərin parkinqdə xüsusi yerlərdə saxlanılması olub. Hər bir maşının park yerində futbolçunun adı qeyd edilib ki, bu da teleaparıcının marağını cəlb edib.

Ertem Şenerin ardıcıl olaraq “Qarabağ”la bağlı etdiyi müsbət paylaşımlar azarkeşlər tərəfindən yüksək qiymətləndirilir.(Milli.Az )