Son dəqiqə
Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Reklam
Reklam

“Qazprom” 2026-cı ildə Mərkəzi Asiyaya qaz tədarükünü təxminən 70% artırıb

Dünya

Rusiyanın enerji şirkəti Gazprom 2026-cı ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistana təbii qaz tədarükünü əhəmiyyətli dərəcədə artırıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Alexey Miller Rusiyada Neft və Qaz Sənayesi İşçiləri Günü ərəfəsində keçirilən iclasda məlumat verib.

Miller bildirib ki, bu il Mərkəzi Asiya istiqamətində əldə olunan nəticələr uğurlu olub.

“Bu il Qazaxıstan, Qırğızıstan və Özbəkistana ümumi qaz tədarükümüzü təxminən 70 faiz artırmışıq”, – deyə o vurğulayıb.

Şirkət rəhbərinin sözlərinə görə, Yamal yarımadasında yerləşən Xarasavey qaz yatağının istismara verilməsi üzrə son hazırlıq işləri görülür.

Bundan əlavə, Çona yataqlar qrupuna xidmət edəcək qaz infrastrukturunun da istismara tam hazır olduğu bildirilib.

Miller qeyd edib ki, bu layihələr Yamal və Yakutiya qaz hasilatı mərkəzlərinin istehsal imkanlarını daha da artıracaq.

Onun sözlərinə görə, bu addımlar xüsusilə Rusiyada təbii qaza tələbatın sürətlə artdığı bir dövrdə böyük əhəmiyyət daşıyır.