• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.9784
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

Qızıl qaçaqmalçılığında təqsirləndirilən sabiq konsul: DİN-in keçmiş zabiti - DOSYE

10 Sentyabr, 26 / 15:10
A A

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir. Cinayət işi üzrə istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə APA məlumat yayıb. 

Bəs uzun illər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərindən birinə rəhbərlik etmiş, indi isə məhkəmə qarşısına çıxarılacaq Sultan Qasımov kimdir?

Çağdaş.Az sabiq diplomatın dosyesini təqdim edir:

DİN-də 28 illik fəaliyyət

Sultan Məhəmməd oğlu Qasımov 19 oktyabr 1959-cu ildə Bakıda anadan olub.

O, 1976-1984-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb. 1979-1981-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçib.

S.Qasımovun əmək fəaliyyətinin böyük hissəsi diplomatiyadan əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə bağlı olub. O, 1981-2009-cu illərdə DİN sistemində müxtəlif vəzifələrdə çalışıb. 1993-1997-ci illərdə DİN-in Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Mayor rütbəsinədək yüksəlib.

2006-2009-cu illərdə isə DİN xətti ilə Azərbaycanın Rusiyadakı səfirliyinə ezam olunub.

Azərbaycanın Yekaterinburqdakı ilk baş konsulu

Sultan Qasımovun diplomatik karyerasında mühüm mərhələ 2009-cu ildə başlayıb.

25 iyun 2009-cu ildə Sultan Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu təyin edilib. Beləliklə, o, Azərbaycanın Yekaterinburqdakı ilk baş konsulu olub.

Qasımov 2009-2016-cı illərdə Yekaterinburqda diplomatik fəaliyyət göstərib.

Həmin illərdə onun adı Azərbaycan-Rusiya münasibətləri, Sverdlovsk vilayəti ilə əlaqələr və Rusiyada yaşayan azərbaycanlılarla bağlı müxtəlif tədbirlər və açıqlamalarda hallanıb.

Sankt-Peterburqa keçidi

2016-cı ildə Sultan Qasımovun diplomatik fəaliyyətində yeni mərhələ başlayıb.

2016-cı il mayın 3-də Sultan Qasımov Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu təyin edilib. Bundan əvvəl o, Yekaterinburqdakı baş konsul vəzifəsindən geri çağırılmışdı.

Sankt-Peterburqda Qasımov təxminən 8 il Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərib.

Bu dövrdə onun Sankt-Peterburq və Rusiyanın digər regionlarının rəsmi şəxsləri ilə görüşləri, Azərbaycan diasporu ilə tədbirləri və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı çıxışları baş konsulluğun rəsmi məlumatlarında geniş yer alıb.

Sultan Qasımovun Sankt-Peterburqdakı fəaliyyəti dövründə onun adı ictimaiyyətin diqqətini çəkən hadisələrdən birində də gündəmə gəlib.

2017-ci ilin mayında Sankt-Peterburqda “Ölməz alay” yürüşü zamanı azərbaycanlılarla ermənilər arasında insident baş verib. Hadisə ilə bağlı saxlanılan azərbaycanlıların sərbəst buraxıldığını həmin vaxt baş konsul Sultan Qasımov açıqlamışdı.

2024-cü ildə vəzifədən geri çağırıldı

Sultan Qasımov birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malik olub.

2019-cu il iyulun 9-da “Tərəqqi” medalı ilə təltif edilib.

Onun Sankt-Peterburqdakı diplomatik fəaliyyəti 2024-cü ildə başa çatıb.

2024-cü il oktyabrın 21-də dövlət başçısının sərəncamı ilə o, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsindən geri çağırılıb.

Beləliklə, Qasımov ümumilikdə 15 ilə yaxın Rusiyada Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərib: əvvəlcə 2009-2016-cı illərdə Yekaterinburqda, daha sonra 2016-2024-cü illərdə Sankt-Peterburqda.

İndi isə məhkəmə qarşısında

Diplomatik fəaliyyəti “Tərəqqi” medalı ilə qiymətləndirilmiş və uzun illər Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərindən birinə rəhbərlik etmiş Sultan Qasımov hazırda tamamilə fərqli səbəbdən gündəmdədir.

O, külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Yayılan məliumata görə, Sultan Qasımovun cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İstintaqın nəticələrinə əsasən, sabiq diplomata Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Məlumatda bildirilir ki, cinayət işi üzrə zərərçəkənlərə 200 min manatdan çox ziyan dəyib. Ziyanın bir hissəsinin istintaq dövründə ödənildiyi bildirilir. İşə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması gözlənilir./Modern.az/

Bənzər Xəbərlər

Gündəm

İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib

Sentyabr 10, 2026
Manşet

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib

Sentyabr 10, 2026
İqtisadiyyat

Əli Əsədov qərar imzaladı

Sentyabr 10, 2026
İqtisadiyyat

İlham Əliyev Qaradağda... - FOTOLAR

Sentyabr 10, 2026
Hadisə

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi : Ölənlər var - FOTO

Sentyabr 10, 2026
İqtisadiyyat

Bu fondlar ləğv ediləcək - FƏRMAN

Sentyabr 10, 2026

XƏBƏR LENTİ

Qızıl qaçaqmalçılığında təqsirləndirilən sabiq konsul: DİN-in keçmiş zabiti - DOSYE

10 Sentyabr, 26 / 15:10

İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib

10 Sentyabr, 26 / 14:57

Türkiyənin mütləq görülməli gölləri – Sentyabrda kəşf ediləcək 10 möhtəşəm məkan

10 Sentyabr, 26 / 14:54

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib

10 Sentyabr, 26 / 14:42

Əli Əsədov qərar imzaladı

10 Sentyabr, 26 / 14:29

Netanyahu “darmadağın edəcəyik” dedi – Bakı Türkiyəyə görə hərəkətə keçə bilər

10 Sentyabr, 26 / 14:14

Çörək bu qədər bahalaşa bilər - Qlobal buğda qiymətlərində artım

10 Sentyabr, 26 / 13:58

İlham Əliyev Qaradağda... - FOTOLAR

10 Sentyabr, 26 / 13:43

Güclü yağıntılar gəlir, şimşək çaxacaq

10 Sentyabr, 26 / 13:28

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi : Ölənlər var - FOTO

10 Sentyabr, 26 / 13:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.