Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib.
Cagdas.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib.
Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonşu Pensilvaniyada 977 hal qeydə alınıb ki, bunların da xeyli hissəsi Nyu-York sərhədi yaxınlığında yerləşən kənd dairələrində baş verib.
Qubernatorun əmri həmçinin hər bir qızılca, parotit və məxmərək peyvəndi barədə 72 saat ərzində Ştat və ya Nyu-York şəhər immunizasiya reyestrinə məlumat verilməsini tələb edir.\milli.az\


