Güclü qorxu səbəbindən ölüm nadir hallarda baş versə də, mümkündür.
Cagdas.az xəbər verir ki, rusiyalı həkim Aleksandr Umnov “Gazeta.Ru”ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, qorxu orqanizm üçün çox güclü stressdir. Bu zaman böyrəküstü vəzilər kritik dozada adrenalin ifraz edir ki, bu da damar spazmına səbəb olur – arteriyalar kəskin şəkildə daralır, toxumalar oksigen çatışmazlığı yaşamağa başlayır. Xüsusilə ürək və beyin damarlarının spazmı təhlükəli hesab olunur.
Eyni zamanda qan təzyiqi qəfil yüksəlir, ürək əzələsinə düşən yük saniyələr içində bir neçə dəfə artır. Adrenalin həmçinin ürəyin elektrik keçiriciliyini pozaraq aritmiyaya səbəb olur. Ağır hallarda isə mədəciklərin fibrilyasiyası inkişaf edə bilər — bu zaman ürək xaotik şəkildə yığılır, qanı pompalamağı dayandırır və klinik ölüm baş verir.(ölkə.az)
















