Beşiktaş və Rafa Silva arasındakı böhran yeni səviyyəyə çatdıqca, portuqaliyalı oyunçu rəhbərliyə meydan oxuyaraq mövcud problemləri daha da artırıb.
Cagdas.az-ın Portuqaliyanın “Record” qəzetinə istinadən məlumatına görə, “Beşiktaş” Rafa’nın buraxılması üçün 5 milyon avro tələb edir, lakin Rafa klubu onu pulsuz buraxmağa məcbur etməyə çalışır. Həmçinin vurğulanıb ki, “Benfika” Rafa Silva transferini gözləyir.
Fanatik-in məlumatına görə, Rafa Silva yanvar ayında ayrılmağa icazə verilmədikdə belə geri addım atmayacağını kluba açıq şəkildə bildirib. Portuqaliyalı futbolçu artıq Türkiyədən getmək istədiyini və bir daha Beşiktaşda oynamayacağını bildirib. Qeyd olunur ki, Rafa Silvanın yaxın çevresi ona sakit qalmağı məsləhət görüb.
“Beşiktaş”la 1 dəfə Superkuboku qazanan Rafa Silva indiyədək 65 matça çıxıb, 23 qol vurub, 16 məhsuldar ötürmə edib.
















