• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Repetitorlar lisenziyadan keçməlidir – TƏKLİF

22 May, 26 / 14:47
A A

Azərbaycanda özəl repetitorluq fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı müzakirələr davam edir. Təhsil ekspertləri hesab edir ki, repetitorluq artıq yalnız ali məktəblərə hazırlıq mərhələsini deyil, demək olar bütün təhsil pillələrini əhatə edən geniş fəaliyyət sahəsinə çevrilib. Bu səbəbdən həm xidmət keyfiyyətinin, həm də müəllimlərin peşə bacarıqlarının qiymətləndirilməsi məqsədilə bu sahənin daha ciddi şəkildə tənzimlənməsinə ehtiyac olduğu bildirilir.

Cagdas.az Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, Azərbaycanda repetitorluq fəaliyyətinin lisenziyalaşdırılmasına çox ciddi şəkildə ehtiyac var:

“Deyərdim ki, biz bu məsələdə gecikmişik də. Repetitorluq bir xidmət sahəsi kimi dünyanın hər yerində var və təhsil tarixinə nəzər salanda onun ta qədimlərə gedib çıxdığını görürük. Amma özünün qırmızı xəttini keçən, peşəkar tədris mühitini, təhsilin əsas missiyasını məhv edən repetitorluğun qarşısını almaq üçün mütləq şəkildə bu və bu kimi qaydalara keçid etmək lazımdır”.

Ekspert qeyd edib ki, fərdi şəkildə repetitorluq xidməti göstərən şəxslərin fəaliyyətinin lisenziyalaşdırılması həm hüquqi baxımdan, həm də peşə bacarıqlarının qiymətləndirilməsi baxımından vacibdir:

“Fərdi şəkildə repetitorluq xidməti edən şəxslərin fəaliyyətinin lisenziyalaşdırılması həm hüquqi aspektdən, həm də onların peşə bacarıqlarının, predmetləri çərçivəsində bilgilərinin yoxlanılmasına şərait yaradacaqdır”.

Elmin Nuri bildirib ki, repetitorluq fəaliyyəti artıq məktəbin əsas missiyasına təsir edən səviyyəyə çatıb:

“Təsəvvür edin, repetitorluq təkcə ali məktəblərə hazırlıq üçün müvəqqəti xidmət sahəsi, hazırlıq mexanizmi kimi qalmayıb, artıq bütün 11 illik təhsil dönəmində məktəbin nüfuz və yararlığını iflic duruma salıb. Deyərdim ki, bu proses ibtidai siniflərdən başlayıb və şagird məzun olana qədər davam edir”.

Onun sözlərinə görə, bəzi hallarda müəllimlər əlavə hazırlıq fəaliyyətini əsas tədris prosesindən üstün tuturlar:

“İbtidai sinif müəllimlərinin repetitorluq sevdası, tədris prosesini az qala yalnız bunun üzərində qurması, şagirdə öz repetitorluq fəaliyyətini onun yeganə xilas motivi kimi göstərməsi halları bugün baş alıb gedir. Təbii ki, öz işini yüksək səviyyədə həyata keçirən və sinifindəki şagirdləri üçün əlindən gələni əsirgəməyən müəllimlər də az deyil. Biz yaxşıları mütləq fərqləndirməliyik. Amma yaxşıları digərlərinin neçə faizidir? Bax, sual budur”.

Ekspert vurğulayıb ki, bəzi müəllimlərin əlavə hazırlığa gələn şagirdlərlə digər şagirdlər arasında fərq qoyması uşaqların psixologiyasına mənfi təsir edir:

“Bugün nə üçün hər hansı müəllim valideyni inandırmalıdır ki, uşaq mütləq əlavə hazırlığa yazılsın, yoxsa onun işi pisə doğru gedəcək? Nə üçün müəllim öz yanına hazırlığa gələn şagirdə daha isti münasibət göstərməli, digər uşaqlarda isə soyuqluq hissi yaratmalıdır? Bunlar illərdir mövcud olan problemlərdir”.

Elmin Nuri qeyd edib ki, repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər həm aktiv vergi ödəyicisi olmalı, həm də bilik və bacarıqlarını təsdiqləməlidirlər:

“Bugün məhz həmin repetitorlar lisenziyalaşdırmadan keçməli, aktiv vergi ödəyicisi olmalıdırlar. Amma bu da hamısı deyil. Burada əsas məsələ onların bilik və bacarıqlarının yoxlanılmasıdır. Madam ki, valideyn onsuz da pulu ödəyir, o zaman xüsusi testlərdən sonra bu lisenziyanı alan, bilik və peşə bacarıqlarına görə həmkarlarından fərqlənən müəllimə ödəsin”.

Ekspertin fikrincə, bu yanaşma repetitorlar arasında daha sağlam rəqabət mühiti yaradacaq:

“Bu zaman repetitorlar arasında ciddi rəqabət həm də intellektual müstəvidə olacaq. Bu isə şagirdlərin formalaşmasına, daha yaxşı hazırlıq keçmələrinə ciddi təkan verəcək”.

O əlavə edib ki, lisenziyalaşdırma prosesində müəllimlərin kurikulum bilikləri də əsas meyarlardan biri olmalıdır:

“Müəllimin öz fənninin kurikulum tələblərinə, məzmun xəttinə və tətbiqi modullarına nə dərəcədə bələd olması xüsusi qiymətləndirilməlidir. Repetitorun fəaliyyət prizmasında məktəbin missiyası da yer almalıdır. Repetitor elə etməlidir ki, şagird məktəbin ona ötürməli olduğu təfəkkür və təxəyyül dəyərlərindən uzaqlaşmasın”.

Ekspert bildirib ki, bu istiqamətdə vahid standartların formalaşdırılması vacibdir:

“Kim repetitorluq etmək istəyirsə, bu istiqamətdə imtahanını verərək lisenziya alsın və xidmətini davam etdirsin. O zaman hamımız qazanarıq, özü də təkcə maddi mənada yox”.

Bənzər Xəbərlər

Cəmiyyət

Məşhur universitet fəaliyyətini dayandırdı

May 22, 2026
Cəmiyyət

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

May 22, 2026
Cəmiyyət

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

May 22, 2026
Cəmiyyət

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

May 22, 2026
Cəmiyyət

WUF13-də iştirak edənlərin sayı açıqlandı

May 22, 2026
Cəmiyyət

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

May 22, 2026

XƏBƏR LENTİ

Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə… – FOTO

22 May, 26 / 22:57

Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər..

22 May, 26 / 22:44

Məşhur universitet fəaliyyətini dayandırdı

22 May, 26 / 22:31

“Qarabağ” mövsümün son oyununa çıxır

22 May, 26 / 22:18

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

22 May, 26 / 22:04

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

22 May, 26 / 21:54

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

22 May, 26 / 21:45

WUF13-də iştirak edənlərin sayı açıqlandı

22 May, 26 / 21:30

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

22 May, 26 / 21:17

Prezident Yerlan Sıdıkova təbrik məktubu ünvanladı

22 May, 26 / 21:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.