• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.9° Weather Columbus
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?

02 İyul, 26 / 15:56
A A

Rəsmi işi və sabit gəliri olmayan şəxslərin kredit əldə etməsi bank sektorunda ən çox müzakirə olunan məsələlərdən biridir. Kredit təşkilatları adətən rəsmi əmək haqqı və müəyyən iş stajı tələb etməklə borcalanın ödəmə qabiliyyətini qiymətləndirməyə çalışır.

Belə olan halda, rəsmi gəliri olmayan şəxslər hansı alternativ yollarla kredit əldə edə bilər?
Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlama verən bank eksperti Emin Kərimovun sözlərinə görə, gəlirlərin təsdiqi Mərkəzi Bank tərəfindən irəli sürülmüş tələbdir:
“Təxminən 2014–2015-ci illərdə tətbiq edilib. Bu, problemli kreditlərin qarşısının alınmasına yönəlmiş tənzimləyici mexanizmdir. Yəni şəxs götürdüyü krediti hansı mənbədən ödəyəcəyini sənədli şəkildə sübut etməlidir.

İstehlak kreditlərində, yəni təminatsız kreditlərdə bu, iş yerindən arayış və ya bank əməkhaqqı kartı üzrə hesab çıxarışı ilə təqdim olunur. Əgər şəxsin gəlirləri rəsmi deyilsə və ya hər hansı səbəbdən arayış və ya hesab çıxarışı təqdim edə bilmirsə, əməkhaqqını nağd şəkildə alırsa, bu halda təminatlı kreditlərə, xüsusilə lombard kreditlərinə müraciət edə bilər. Həmçinin daşınar və ya daşınmaz əmlakı girov qoymaqla da kredit götürmək mümkündür. Lakin geniş yayılmış forma lombard kreditləridir”.

Ekspert deyib ki, bu kreditlər əsasən qızıl-zinət əşyalarının girovu ilə verilən təminatlı istehlak kreditləridir:

“Şəxs yalnız şəxsiyyət vəsiqəsini və girovunu banka və ya BOKT-a təqdim edir, daha sonra əşyanın qiymətləndirilməsi aparılır. Əyar və qramına uyğun olaraq kredit məbləği müəyyən edilir. Kredit qrafiki tərtib olunur və şəxs ödənişləri tamamladıqdan sonra qızıl-zinət əşyası geri qaytarılır. Yəni şəxs əmlakını satmadan kredit resursuna çıxış əldə edir.

Minimal iş stajı tələbi isə bankların kredit məhsullarının şərtlərinə və risk siyasətinə əsasən müəyyən edilir. Bu müddət 3 aydan 1 ilə qədər dəyişə bilər. İş yerinin statusu, etibarlılığı, əməkhaqqının həmin bank vasitəsilə alınması kimi amillər də bu siyasətə təsir edir. Təcrübədə daha çox 6 ay və 1 il staj tələbi tətbiq olunur. Bəzi hallarda bu müddət 3 aya qədər endirilə bilər, lakin bu, istisna haldır və konkret məhsul şərtlərindən asılıdır”, – deyə o qeyd edib.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Marşrut avtobuslarında kondisionerin işləməməsinə RƏSMİ REAKSİYA

İyul 2, 2026
Cəmiyyət

FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi

İyul 2, 2026
Cəmiyyət

Paşinyan : “Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik”

İyul 2, 2026
Cəmiyyət

Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən…

İyul 2, 2026
Cəmiyyət

Ermənistan və AB vizasız rejimə keçəcək

İyul 2, 2026
Cəmiyyət

Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq

İyul 2, 2026

XƏBƏR LENTİ

Marşrut avtobuslarında kondisionerin işləməməsinə RƏSMİ REAKSİYA

02 İyul, 26 / 17:06

FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi

02 İyul, 26 / 16:53

Paşinyan : “Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik”

02 İyul, 26 / 16:36

Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən…

02 İyul, 26 / 16:22

Ermənistan və AB vizasız rejimə keçəcək

02 İyul, 26 / 16:10

Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?

02 İyul, 26 / 15:56

Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq

02 İyul, 26 / 15:43

Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək

02 İyul, 26 / 15:28

Qızıl almaq istəyənlərin diqqətinə!

02 İyul, 26 / 15:15

Sabah 36 dərəcə isti olacaq

02 İyul, 26 / 15:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.