Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Rubio Ukrayna danışıqlarında mübahisə doğuran əsas müddəanı açıqlayıb

Dünya

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəa Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisidir.

“Cagdas.az”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində danışıb.

“Hazırda sözün əsl mənasında mübahisə etdikləri təqribən 30-50 kilometrlik bir ərazi və Donetsk vilayətinin 20%-i (Ukraynanın nəzarəti altında) qalır. Biz anlamağa çalışdıq və hesab edirəm ki, biz müəyyən irəliləyiş əldə etdik, ukraynalılar nə ilə yaşaya bilər, onların gələcək təhlükəsizliyinə nə zəmanət verəcək”, – Rubio bildirib.

Qeyd edək ki, dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə 5 saatdan çox davam edən görüşü baş tutub.

Əsas mövzu Ukraynada nizamlanma olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Amerika sülh planının dörd sənədində yer alan təkliflərin mahiyyəti müzakirə olunub./Report/