Son dəqiqə
Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Reklam
Reklam

Rusiya Almaniyaya cavab verdi: Sankt-Peterburqdakı Baş Konsulluq və Höte İnstitutu bağlanır

Dünya

Rusiya ilə Almaniya arasında diplomatik gərginlik daha da dərinləşir. Moskva Almaniyanın Rusiyaya məxsus diplomatik və mədəniyyət müəssisələrinin bağlanması qərarına cavab olaraq qarşılıqlı addımlar atıb.

Çağdaş.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Almaniyanın Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun və  Rus Elm və Mədəniyyət Evinin bağlanması qərarına cavab olaraq Almaniyaya diplomatik nota təqdim edilib.

Bildirilib ki, bu məqsədlə Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sankt-Peterburqdakı Baş Konsulluq fəaliyyətini dayandıracaq
Qərara əsasən, Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyət göstərməsi üçün verilmiş razılığı ləğv edib.

Baş Konsulluq ən geci 18 sentyabr 2026-cı il tarixinədək fəaliyyətini tam dayandırmalı, bütün əməkdaşları isə həmin tarixədək Rusiyanı tərk etməlidirlər.

Rusiya hakimiyyəti ölkədə fəaliyyət göstərən Höte İnstitut mədəniyyət mərkəzlərinin də fəaliyyətini dayandırmaq qərarı verib.

İnstitutun ezam olunmuş əməkdaşlarına 13 sentyabr 2026-cı il tarixinədək ölkəni tərk etmək tapşırılıb.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, iki ölkə arasında münasibətlərdə yaranmış növbəti gərginliyin təşəbbüskarı Almaniya tərəfidir.

Nazirlik vurğulayıb ki, ikitərəfli münasibətlərdə yaranacaq bütün mənfi nəticələrə görə məsuliyyət tam şəkildə Almaniya hökumətinin üzərinə düşür.