Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Rusiya qondarma dövlətdə ilk pasportları payladı

Cəmiyyət

Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov separatçı “Dnestryanı” sakinlərinə Rusiya vətəndaşlığı üzrə ilk pasportları təqdim edib.

Cagdas.az  xəbər verir ki, mərasim tanınmamış “Dnestryanı Respublikasının Xarici İşlər Nazirliyi”ndə keçirilib və “TSV” telekanalı tərəfindən yayımlanıb.

İlk Rusiya pasportları Rusiya Prezidenti Vladimir Putinin qondarma “Dnestryanı” sakinlərinin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsi ilə bağlı fərmanı əsasında müraciət edən şəxslərə verilib.

Ozerov daha əvvəl bildirmişdi ki, “Dnestryanı” sakinlər arasında Rusiya vətəndaşlığına böyük maraq var. Avqustun sonuna olan məlumata görə, bu məqsədlə 60 mindən çox müraciət daxil olub.

Rusiyalı diplomatın sözlərinə görə, Moldova tərəfinin yaratdığı maneələrə baxmayaraq, vətəndaşlıq üçün müraciətlərin qəbulu və sənədləşdirilməsi prosesi, o cümlədən xarici pasportların verilməsi mərhələsi təmin edilib.

Ozerov həmçinin qondarma “Dnestryanı” sakinləri üçün Rusiya vətəndaşlığına qəbul zamanı konsulluq rüsumunun azaldılması barədə qərar qəbul edildiyini bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də qondarma “Dnestryanı” sakinlərinin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsini nəzərdə tutan fərman imzalayıb. Bu qərardan sonra bölgədə Rusiya vətəndaşlığı almaq üçün müraciətlərin sayı sürətlə artıb.\modern.az\