Son dəqiqə
Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib
Reklam
Reklam

Rusiya Ukraynaya “Kinjal” raketləri ilə zərbə endirdi

Dünya

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi və enerji infrastrukturuna kütləvi hücum təşkil edib.

Cagdas.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, hücum dekabrın 5-də gecə saatlarında başlayıb və hazırda da davam edir. Bütün Ukrayna ərazisi boyunca hava hücumu xəbərdarlığı qüvvədədir.

Hücum zamanı “Kinjal” hipersəs raketlərindən və “Geran-3” dronlarından istifadə edilib.

Kiyevin yaxınlığındakı Fastivdə güclü partlayışlar və yanğın baş verib. Yerli dəmiryol qovşağının və enerji obyektlərinin dağıdıldığı bildirilir. Şəhərdə, həmçinin bir neçə mühüm zavodun olduğu qeyd edilir.

Eyni zamanda, “Kinjal” raketləri Dnepropetrovsk vilayətindəki ən böyük və Ukraynada üçüncü ən güclü elektrik stansiyası olan Krivoy Roq İstilik Elektrik Stansiyasının ərazisinə də zərər verib. Bölgədə elektrik kəsintiləri müşahidə olunur.

“Geran-3” PUA-ları (pilotsuz uçuş aparatları – dron) ilə Belaya Tserkov və Vışqorod şəhərlərindəki hədəflərə də zərbə endirilib. Dronların anbarların yaxınlığında düşdüyü bildirilir. Hücumdan sonra yanğın başlayıb.

Bundan əlavə, Xmelnitski vilayətindəlki hərbi aerodromun yaxınlığında, eləcə də Sumı, Çerniqov, Çerkassk, Vinnitsa, Poltava və Odessa bölgələrində də partlayışlar eşidilib.