ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana dəstək göstərdiyinə inanmadığını bildirib.
Cagdas.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Radikal solçu axmaqların və dəlilərin Çinin və Rusiyanın İran İslam Respublikasına kömək etməsi ilə bağlı çoxsaylı şərhlərini görürəm. Əgər belədirsə, bu yardım çox məhdud səviyyədədir. Amma mən buna inanmıram”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp vurğulayıb ki, Moskva və Pekin belə bir addımla həddindən artıq böyük riskə gedərdilər.
“Biz bundan xəbər tutardıq və bunu çox tez öyrənərdik”, – deyə o əlavə edib.\modern.az\


