Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Rusiya XİN-dən AZAL təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA

Cəmiyyət
“Moskva və Bakı “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin 2024-cü ilin dekabr ayında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bütün məsələləri həll ediblər”.

Cagdas.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTV-yə müsahibəsində iddia edib.

“Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Lakin başa düşdüyünüz kimi, bu məsələlər dəhşətli faciə yaşamış, sağalmaz itki vermiş konkret şəxslərə aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim”, – nazir müavini deyib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Qeyd edək ki, təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.

2026-cı ilin aprelində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri vəziyyətin həll olunduğunu bildirən birgə bəyanat yayıblar.(ölkə.az)