Rusiya KİV-lərinin yaydığı məlumata görə, ölkədə fəaliyyət göstərən və ümumi yanacaqdoldurma məntəqələrinin (YDM) təxminən 25%-ni təşkil edən iri şəbəkələr yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Cagdas.az xəbər verir ki, bu məhdudiyyətlər Rusiyanın 70 regionunda yerləşən 7 mindən çox yanacaqdoldurma məntəqəsini əhatə edir.
Məsələn, “Tatneft” şəbəkəsi bir dəfəyə hər avtomobil üçün maksimum 30 litr benzin və ya 60 litr dizel yanacağının vurulmasına icazə verir.
İşğal olunan Krımda yanacaq satışı artıq xüsusi talonlar və QR-kodlar vasitəsilə həyata keçirilir.
Rusiyanın nəzarəti altında olan Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrində isə yanacaq ümumiyyətlə tapılmadığı üçün bir çox YDM-lər gün ərzində cəmi bir neçə saat işləyir.(Referans Media)
















