Son bir ay ərzində Rusiya Federasiyası ərazisində “Wildberries” şirkətinə məxsus loqistika obyektlərinə kütləvi hücumlar, yanğınlar və təxliyələr qeydə alınıb.
Çağdaş.Az xəbər verir ki, iyulun 18-dən avqustun 16-dək olan dövr ərzində şirkətin ümumilikdə 21 loqistika obyekti bu kimi insidentlərlə üzləşib.
Qeyd edək ki, “Wildberries” ümumi sahəsi 5,6 milyon kvadratmetrdən çox olan 209-dan artıq loqistika obyektinə sahibdir. Lakin avqustun 5-i vəziyyətinə görə ümumi sahəsi 1,38 milyon kvadratmetr olan 11 iri kompleks artıq fəaliyyətini dayandırmışdı ki, bu da şirkətin bütün anbar sahələrinin təxminən dörddə birini təşkil edir.
Həmin tarixdən sonra da yeni zədələnmə və yanğın halları qeydə alınıb. Bununla belə, 21 obyektin hamısı birbaşa zərbəyə məruz qalmayıb; məsələn, Simferopolda yalnız təxliyə elan edilib, Zelenodolskda isə şirkət obyektin ştat rejimində işlədiyini bəyan edib./Musavat.com
















