Son dəqiqə

KTMT-nin baş katibi: Ermənistanın KTMT-də iştirakına dair qərar verilməlidir

Siyasət

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak perspekivləri ilə bağlı qərar qısa müddətdə qəbul edilməlidir.

Çağdaş.Az xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadikov deyib.

“Ermənistanın KTMT-də iştirakının perspektivləri ilə bağlı qərarın məqbul müddətdə qəbul edilməli olduğunu düşünürük”, – deyə Masadıkov bildirib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.