• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.8° Weather Columbus
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Trampın gizlətməyə çalışdığı dəhşətli həqiqət: ABŞ-ın ən zəif nöqtəsi tapıldı, Rusiya və Çin fürsət gözləyir

 

16 Avqust, 26 / 12:33
A A

Hazırda Yaxın Şərqdəki hərbi-siyasi böhranla Ukrayna savaşının üst-üstə düşməsi ABŞ-ın müdafiə sənayesinin imkanlarını ciddi şəkildə sınağa çəkir… Çünki Rusiya və Çin Ağ Evin hansı silahı, harada istifadə etdiyini deyil, məhz ABŞ-ın eyni vaxtda neçə müharibəni davam etdirə biləcəyini hesablayır…

ABŞ-ın siyasi elitasında ziddiyyətlərin dərinləşdiyi barədə məlumatlar artmağa başlayıb. Prezident Donald Trampın Pentaqonun şefi Pit Heqsetlə münasibətlərində ciddi problemlərin yarandığı barədə iddiaları təkzib etməsi, yayılan məlumatlarda həqiqət payının ola biləcəyini göstərir. Bu baxımdan, Ağ Ev sahibinin israrla təkzib etməsi həmin mübahisənin arxasında dayanan daha böyük strateji problemin miqyasını ortaya çıxarıb. Yəni, indi artıq yalnız Ağ Ev sahibi ilə Pentaqon şefi arasındakı şəxsi və ya siyasi fikir ayrılığı deyil, həm də əsas problem kimi ABŞ-ın uzunmüddətli müharibəyə nə qədər davamlı olması da müzakirə olunur.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp yayılan məlumatları “yalan və əsassız şayiələr” adlandıraraq, Pit Heqsetin fəaliyyətindən tamamilə razı olduğunu bildirib. O, ABŞ-ın İran qarşıdurmasında əldə etdiyi nəticələri və Venesuela əməliyyatını örnək göstərərək, müdafiə nazirinə öz etimadını da nümayiş etdirib. Ağ Ev sahibinin fikrincə, İranın zəiflədilməsi və nüvə silahı əldə etməsinin qarşısının alınması prosesi də hazırda ABŞ-ın xeyrinə inkişaf edir. Halbuki bu siyasi müdafiənin özü belə, ABŞ-ın qarşısındakı önəmli problemin mahiyyətini qətiyyən dəyişmir. Əksinə, yayılan məlumatlara görə, Yaxın Şərq savaşının uzanması ABŞ ordusunun bəzi yüksək dəqiqlikli raket və hava hücumundan müdafiə resurslarına ciddi şəkildə neqativ təsirlər göstərib.

Prezident Donald Trampın Pentaqon şefi Pit Heqsetdən silah-sursat ehtiyatlarının vəziyyəti ilə bağlı izahat tələb etdiyi iddia olunur. Halbuki, Ağ Ev və Pentaqon isə belə bir qarşıdurmanın baş verdiyini ümumiyyətlə, rədd edib. Eyni zamanda, ABŞ-ın “silahı tükənir” iddiası əslində, ABŞ-ın bütün hərbi arsenalının tamamilə boşalması anlamına da gəlmir. Çünki ABŞ dünyanın ən nəhəng müdafiə sənayesi bazalarından birinə və böyük istehsal potensialına malikdir.

db86aa85-c0a2-4011-a5c9-e91621b93df1.jpg (202 KB)

Bununla belə, ABŞ-ın müəyyən kateqoriyalarda, xüsusilə də uzaqmənzilli dəqiq zərbə vasitələrinin və hava hücumundan müdafiə sistemlərində ehtiyatların sürətlə azaldığı vurğulanır. “Reuters”in məlumatlarına görə, beş aya yaxın davam edən İran müharibəsi ABŞ ordusunun bəzi uzunmənzilli raket ehtiyatlarını ciddi şəkildə azaldıb. Hətta Ağ Ev sahibi Donald Tramp da etiraf edib ki, bəzi silah növləri üzrə vəziyyət digərləri qədər rahat deyil və istehsalın artırılması üçün yeni zavodlar yaradılır.

Məsələ ondadır ki, ABŞ eyni vaxtda həm Avropada Rusiya, həm də Hind-Sakit okean regionunda isə Çin kimi iki böyük strateji rəqibi ilə qarşıdurma vəziyyətindədir. Əgər, ABŞ-ın müəyyən kritik silah sistemləri üzrə ehtiyatları sürətlə azalırsa, onda Ağ Evin qarşısında seçim məcburiyyəti də yaranmış olur. Yəni, ABŞ indi mövcud silah ehtiyatlarını Yaxın Şərqdə istifadə etməlidir, yoxsa onları Rusiya və Çin ilə mümkün hərbi qarşıdurma üçün qoruyub, saxlamalıdır.

Təbii ki, Ağ Evin üzləşdiyi bu dilemma Ukrayna savaşına münasibətdə də özünü qabarıq şəkildə göstərir. Belə ki, Ağ Ev sahibi Donald Tramp ABŞ-ın silah ehtiyatlarının azalmasına görə keçmiş prezident Co Baydeni ittiham edir. O, ABŞ-ın əvvəlki administrasiya dövründə Ukraynaya böyük həcmdə silah verdiyini qabardır. Halbuki, hazırda əsas fərq ondan ibarətdir ki, Ağ Ev Ukraynaya yeni silah tədarükünün maliyyə yükünü daha çox Avropa ölkələrinin üzərinə qoymağa çalışır. Bu yanaşma Ağ Evin həm öz arsenalını bərpa etmək, həm də Avropa üzrə müttəfiqlərini daha çox maliyyə məsuliyyəti daşımağa məcbur etmək cəhdi kimi qəbul olunur.

Onu da nəzərə almaq lazımdır ki, əslində, hazırda ABŞ üçün əsas təhlükə silah ehtiyatlarının müəyyən səviyyəyə qədər azalması deyil. Yəni, daha böyük problem istehsal sürəti ilə real döyüş istehlakı arasında yarana biləcək fərqlərdir. Müasir müharibələrdə yüksək texnologiyalı raketlər çox sürətlə sərf olunur. Və onların istehsalı isə bəzən həftələrlə deyil, aylarla, hətta illərlə ölçülən zaman intervalı tələb edir.

294465fb-3d88-4fd1-bf12-9d455745c3ae.jpg (187 KB)

Bu baxımdan, İran müharibəsi hazırda ABŞ üçün müəyyən mənada, strateji “stress-test” funksiyasını da yerinə yetirir. Belə ki, ABŞ ordusu dünyanın müxtəlif regionlarında eyni vaxtda hərbi güc nümayiş etdirməli olur. Nəticədə ABŞ-ın nəhəng, ancaq sonsuz olmayan hərbi resursları üzərində təzyiqlər daha da artır. Və Pentaqonun silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb etməsi də problemin məhz bu tərəfini göstərir.

Digər tərəfdən, ABŞ üçün indi ən təhlükəli məqam isə mövcud vəziyyətin Rusiya və Çin tərəfindən necə qiymətləndirilə biləcəyi ilə bağlıdır. “The New York Times” ABŞ-ın silah ehtiyatlarının azalmasının Rusiya və Çinin Ağ Ev ilə potensial qarşıdurmada daha inamlı davranmasına səbəb ola biləcəyini iddia edir. Üstəlik, bu məsələ xüsusilə də, ona görə önəmlidir ki, ABŞ-ın eyni vaxtda bir neçə geostrateji istiqamət üzrə hərbi öhdəlikləri var.

Hazırda Kreml üçün əsas məsələ odur ki, Ağ Evin rəsmi Kiyevə ayırdığı hər bir əlavə hərbi resurs artıq yalnız Ukrayna-Rusiya müharibəsinə təsirlə qalmır. Çünki bu, həm də NATO-nun ümumi döyüş hazırlığı baxımından da hesablanmalıdır. Yəni, əgər, Ağ Ev uzunmüddətli qarşıdurmada yüksək dəqiqlikli raket və hava hücumundan müdafiə sistemlərinin istehsalını sürətləndirə bilməzsə, Rusiya bunu ABŞ və Qərbin strateji davamlılığının zəif nöqtəsi kimi qiymətləndirə bilər. Ancaq bu məsələdə daha təhlükəli ssenari isə Rusiyanın birbaşa ABŞ-la müharibəyə başlama ehtimalı ilə bağlı deyil. Çünki ABŞ kəşfiyyatında Rusiyanın tezliklə NATO-nun reaksiyasını məhdudmiqyaslı hücum və ya hibrid fəaliyyətlə sınağa çəkə biləcəyi barədə narahatlıqların olduğu iddia edilir.

Çin isə ABŞ-ın hərbi sənaye potensialını, raket ehtiyatlarını, müttəfiqlərlə münasibətlərini və eyni vaxtda neçə cəbhədə savaşa bildiyini çox diqqətlə izləyir. Çünki Ağ Evin Yaxın Şərqdə uzunmüddətli hərbi əməliyyatlara cəlb olunması ABŞ-ın Hind-Sakit okean regionundakı strateji resurslarını da məhdudlaşdıra bilər. Ona görə də, rəsmi Pekin ABŞ-ın eyni vaxtda Avropa, Yaxın Şərq və Asiyada hərbi öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər resursa malik olub-olmadığını dəqiqləşdirməkdə maraqlıdır.

1b3e481d-10ed-4fc6-9db6-42028ae8de8e.jpg (183 KB)

Bütün bunları nəzərə aldıqda, prezident Donald Trampın Pentaqon şefi Pit Heqsetə dəstək verməsini yalnız ölkədaxili siyasi məsələ kimi qəbul etmək çox çətindir. Ağ Ev sahibi bununla həm Pentaqon daxilində etimad böhranına imkan verməməyə, həm də ABŞ-ın düşmənlərində ölkənin hərbi potensialının zəiflədiyi barədə qənaətin yaranmamasına çalışır. Çünki hərbi qarşıdurmalarda bəzən silahdan daha vacib faktor rolunu məhz qarşı tərəfin ABŞ-ın resursları barədə nə düşünməsi də oynaya bilər.

Məsələ ondadır ki, əgər, Rusiya və Çin ABŞ-ın strateji silah ehtiyatlarının azaldığına əmin olarsa, bu, onların risk iştahını artırar. Əksinə, Ağ Ev istehsal imkanlarını sürətlə genişləndirə və strateji ehtiyatlarını bərpa edə bilərsə, onda indiki böhran ABŞ üçün ciddi, ancaq keçici logistika problemi olaraq, qalacaq. Prezident Donald Trampın “bizdə silah-sursat kifayət qədərdir” mesajı da məhz qarşı tərəfi çəkindirmə siyasətinin tərkib hissəsi kimi görünür. Çünki ABŞ-ın arsenalındakı real vəziyyətlə bağlı qeyri-müəyyənlik belə, Rusiya və Çinin hərbi-strateji hesablamalarına birbaşa təsir edə bilər.

Göründüyü kimi, hazırda Yaxın Şərqdəki hərbi-siyasi böhranla Ukrayna savaşının üst-üstə düşməsi ABŞ-ın müdafiə sənayesinin imkanlarını ciddi şəkildə sınağa çəkir. Çünki Ağ Evin əsas rəqibləri olan Kreml və rəsmi Pekin ABŞ-ın hansı silahı, harada istifadə etdiyini deyil, məhz onun eyni anda neçə müharibəni davam etdirə biləcəyini hesablayırlar. Bu isə ABŞ-Rusiya, ABŞ-Çin və NATO-Rusiya qarşıdurmalarının gələcək inkişaf dinamikasını müəyyən edə biləcək önəmli strateji faktordur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər Xəbərlər

Dünya

Moskva vilayətinə kütləvi DRON HÜCUMU: Ölən və yaralananlar var - VİDEO

 

Avqust 16, 2026
Dünya

Hörmüzü ələ keçirmək mümkün deyil – İran rəsmisi Trampa

Avqust 15, 2026
Dünya

Tramp rüsumları 100%-ə qaldırdı

Avqust 14, 2026
Dünya

ABŞ-dan verilən qərar dünyanı silkələyir – qiymət sürətlə artır

Avqust 14, 2026
Dünya

Rusiyanın tərəfinə keçən ukraynalı zabit PARTLADILDI

Avqust 13, 2026
Dünya

Putin ölkəsinə yeni təhlükələrdən danışdı - Bakıdan reaksiya

Avqust 13, 2026

XƏBƏR LENTİ

Trampın gizlətməyə çalışdığı dəhşətli həqiqət: ABŞ-ın ən zəif nöqtəsi tapıldı, Rusiya və Çin fürsət gözləyir

 

16 Avqust, 26 / 12:33
????????????????????????????????????

Azərbaycanda general VƏFAT ETDİ

 

16 Avqust, 26 / 12:01

Beyləqanda 1 nəfər kanalda batdı - FHN hərəkətə keçdi

 

16 Avqust, 26 / 11:43

Azərbaycan bu sahədə Rusiyanı GERİDƏ QOYDU

16 Avqust, 26 / 11:23

Avqustun 18-də bu ərazilərdə qaz OLMAYACAQ

16 Avqust, 26 / 11:05

Zubirlə vidalaşan “Qarabağ”dan SON TRANSFER XƏBƏRİ

 

16 Avqust, 26 / 10:48

Moskva vilayətinə kütləvi DRON HÜCUMU: Ölən və yaralananlar var - VİDEO

 

16 Avqust, 26 / 10:30

İslam Maxaçev UFC tarixinidə ilkə İMZA ATDI

 

16 Avqust, 26 / 10:13

Bu rayonlarda leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16 Avqust, 26 / 9:55

Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

16 Avqust, 26 / 9:37
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.