Son dəqiqə

Saat 10:00-dan Bakının bu ərazilərində işıq KƏSİLİR

Cəmiyyət

Bu gün Yasamal, Xəzər və Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Cagdas.az xəbər veriri ki bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamalda yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Xəzər rayonunda elektrik xətlərini əhatə edəcək yenidənqurma işlərinə əsasən, fasilə saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrinin bəzi ərazilərinə tətbiq olunacaq.

Həmçinin Suraxanıda 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasından qidalanan TM-də görüləcək iməclik işləri nəticəsində saat 10:00-dan 13:00-dək Yeni Günəşli qəsəbəsi, D massivi, Surxay Noçuyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.(sfera.az)