Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək

Cəmiyyət

2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi mərhələsi iyulun 21-də başlayır.

Cagdas.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına əsasən, valideynlər iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimini həyata keçirə biləcəklər.

Bakı şəhəri üzrə seçim prosesi həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.

Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-dan başlayıb. Həmçinin 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qəbul prosesi mayın 6-dan etibarən davam edir.

MÜTDA-nın məlumatına görə, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçirilib.(milli.az)