Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Çağdaş.Az xəbər verir ki, hadisə avqustun 19-da baş verib.
Belə ki, Mətləb Aslanov idarə etdiyi “VAZ 21214” markalı avtomobillə Şamaxı–Çuxuryurd–Qızmeydan–Pirbəhli avtomobil yolunun Çuxuryurd kəndi ərazisində Qızmeydan istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun sağ kənarındakı nahamar səthli çökəkliyə aşıb. Qəza zamanı avtomobildə olan sərnişin Şövkət Aslanova hadisə nəticəsində ölüb.
Sürücü Mətləb Aslanov isə yaralı vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, avqustun 20-də müalicə aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
















