• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

25 İyul, 26 / 16:11
A A

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Çağdaş.Az Xitab24.az-a istinadən məlumatına görə, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqan məhrum edilib.

Məhkəmə prosesində Aynur Rzyevanın anası 1983-cü il təvəllüdlü təqsirləndirilən şəxsi bağışlamayıb. O bildirib ki, qızı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub və ağır kateqoriyalı cinayət işlərinə baxıb. Hüquqi varisin iddiasına görə, bu hadisənin onun baxdığı cinayət işləri ilə əlaqəli ola bilmə ehtimalı araşdırılmayıb.

Bundan başqa, Aynur Rzayevanın hüquqi varisi təqsirləndirilən şəxsdən bir milyon manat təzminat istəyib. Bunun 30 000 manatı qəza zamanı yararsız vəziyyətə düşmüş “Nissan Sunny” markalı avtomobilə görə, 700 000 manatı Aynur Rzayevanın 2016-cı il və 2018-ci il təvəllüdlü övladlarının 18 yaşına çatanədək layiqli həyat səviyyələrinin təmin edilməsi üçün, 270 000 manatı isə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq tələb edilib.

Məhkəmə hesab edib ki, N.Abdurahmanovdan 700.000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı iddia təmin edilə bilməz.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tənzimləyən normalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqi ailə başçısının ölümü nəticəsində təminat mənbəyini itirmiş şəxslərə məxsusdur.

Yəni, belə hallarda hüququn subyekti mərhumun himayəsində olmuş və qanunla təminat almaq hüququna malik şəxslərdir.

Azyaşlı uşaqlar həmin hüququn daşıyıcıları olsalar da, bu hüquqlarını müstəqil həyata keçirə bilmədiklərindən onların hüquq və qanunla qorunan mənafeləri qanuni nümayəndələri tərəfindən müdafiə edilir.

Bununla yanaşı, məhkəmə hesab edib ki, iddiada tələb olunan 270.000 manat məbləğində mənəvi zərər mülki cavabdehin maddi imkanları ilə obyektiv surətdə uzlaşmır. Məhkəmə təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün hallarını, o cümlədən cavabdehin maddi durumunu, adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alaraq o qənatə gəlib ki, mülki iddia bu hissədə qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq, mülki iddiaçıya ödənilməlidir.

Qəzada yararsız vəziyyətə düşmüş “Nissan Sunny” markalı avtomobilə görə isə təqsirləndirilən şəxsdən 1701 manatın tutulmasına qərar verilib. Ümumilikdə qəzaya səbəb olan Abdurahmanov qarşı tərəfə 21 701 manat ödəməli olacaq.

Qeyd edək ki, ötən ilin dekabrında Sumqayıt–Pirşağı avtomobil yolunda baş verən qəza zamanı Abdurahmanovun idarə etdiyi “Samand Soren” markalı avtomobil içərisində sərnişin kimi əyləşmiş hakim Aynur Rzayevanın olduğu “Nissan Sunny” ilə toqquşub. Hadisə nəticəsində Aynur Rzayevanın sürücüsü ağır yaralanıb, hakim isə həyatını itirib.

Onu da bildirək ki, Aynur Rzayevanın sürücüsü də təqsirləndirilən şəxsdən şikayətçi olub. Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, himayəsində iki övladının olmasını, valideynlərini itirmiş bir uşağı da himayəyə götürdüyünü, eyni zamanda yaşlı ata və anasına da özünün baxdığını bildirib və qeyd olunan halların nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Xatırladaq ki, Aynur Rzayeva şəhid övladı olub. Onun atası Rzayev Tapdıq Köçəri oğlu Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahanda şəhidlik zirvəsinə ucalıb.

Bənzər Xəbərlər

Hadisə

16 yaşlı qız kiçik bacısını qətlə yetirdi - Azərbaycanda qandonduran CİNAYƏT

İyul 25, 2026
Hadisə

DİN əməliyyat keçirib: 43 nəfər saxlanılıb

İyul 25, 2026
Hadisə

Bakıda yenə avtobus yandı – VİDEO

İyul 15, 2026
Hadisə

Murad Əhmədov rüşvət ittihamı ilə HƏBS OLUNDU

İyul 7, 2026
Hadisə

Elnarə Şirməmmədova həbs olundu

İyul 7, 2026
Hadisə

Bakıda film kimi hadisə: Gəlinini narahat edən adamı maşınla vurub ÖLDÜRDÜ!

İyul 6, 2026

XƏBƏR LENTİ

Tramp Türkiyədən qayıdarkən təyyarəsini niyə dəyişdi? – SƏBƏBİ MƏLUM OLDU

25 İyul, 26 / 17:17

Azərbaycanın dövlət büdcəsində TARİXİ REKORD

 

25 İyul, 26 / 16:49

“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarıldı

25 İyul, 26 / 16:30

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

25 İyul, 26 / 16:11

16 yaşlı qız kiçik bacısını qətlə yetirdi - Azərbaycanda qandonduran CİNAYƏT

25 İyul, 26 / 15:52

Rusiyadan AĞIR ZƏRBƏ - ÖLƏNLƏR VAR

25 İyul, 26 / 15:33

Rusiyada yaşayanlara XƏBƏRDARLIQ: Pul köçürmələri DAYANDIRILDI

 

25 İyul, 26 / 15:15

DİN əməliyyat keçirib: 43 nəfər saxlanılıb

25 İyul, 26 / 14:58

“Yahoo” CEO-su: “Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim”

25 İyul, 26 / 14:40

I və IV qrupların imtahan nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

25 İyul, 26 / 14:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.