İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə sentyabr üzrə aylıq məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Cagdas.az -a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 757 piyada əleyhinə mina, 151 tank əleyhinə mina, 4525 digər partlayıcı sursat aşkarlanıb.
Bildirilib ki, 6667 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



