Artıq soyuq hava yerini isti havaya verib. Havaların isti keçməsi insanların çox olduğu ictimai nəqliyyatda özünü göstərir. Bu da özlüyündə hər gün istifadə etdiyimiz ictimai nəqliyyatda kondisiinerin nə zaman işə salınacağı sualını doğurur.
Cagdas.az xəbər verir ki , “Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva AZXEBER.COM-a açıqlamasında avtobuslarda kondisioner sistemlərinin iyun ayının əvvəlində mərhələli şəkildə aktivləşdiriləcək:
“Hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri iyun ayının əvvəlindən etibarən mərhələli şəkildə aktivləşdiriləcək”.
Əsmər Əliyeva həmçinin qeyd edib ki, kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç ildə hava şəraitinə görə bunun daha erkən vaxta işə salınmasına başlanılıb:
“Reqlament qaydalarına əsasən kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç il ərzində formalaşmış praktika əsasında bu tarix hava şəraitinə uyğun olaraq daha erkən mərhələyə çəkilir. Bu il də sərnişin məmnuniyyəti əsas götürülərək kondisionerlərin aktivləşdirilməsinə vaxtından əvvəl başlanacaq”
“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, havasərinlədici sistemlərin işə salınması hava şəraitinə görə tənzimlənir:
“Avtobuslarımızın havasəinlədici sistemləri əvvəlcədən qəbul olunmuş proqrama əsdasən yoxlanılıb və texniki baxış keçirilib. Müasir tipli avtobuslarımızın hər birində kondisionerlər işlək vəziyyətdədir. Hava şəraitindən asılı olaraq kondisionerlərin mərkəzləşdirilmiş qaydada qoşulması təmin ediləcək. Adətən hər il may ayının son günlərində hava şəraitinə uyğun olaraq kondisionerlər qoşulur. Qatarlarda olan kondisioner sistemi il boyu avtomatik sistemdə çalışır. Yəni qatar xətt üzrə hərəkətə başladığı anda sistem qoşulur. Sadəcə olaraq vaqonun daxili iqlim şəraitinə uyğun tənzimləyir.
“Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov AZXEBER.COM-a açıqlamasında isə açıqlamasında bildirib ki, metro vaqonlarında kondisioner sistemi avtomatik çalışır:
“Qatarlarda olan kondisioner sistemi il boyu avtomatik sistemdə çalışır. Yəni qatar xətt üzrə hərəkətə başladığı anda sistem qoşulur. Sadəcə olaraq vaqonun daxili iqlim şəraitinə uyğun tənzimləyir”.
















