Son dəqiqə
BU PENSİYAÇILARIN SAYI KƏSKİN AZALDI – Rəqəmlər və səbəblər açıqladı Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı Ürək xəstəliyinin kişilərdə çox vaxt gözardı edilən əlamətləri Putin Trampa verdiyi sözü tutdu – 72 saat ərzində ABŞ-ın şərq sahillərinə… BÜRCLƏRİN pul vərdişləri: qənaət etməyi hamı bacarmır Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Faydasını eşidənlər ağaclara dırmaşırlar – Qiyməti DODAQ UÇUQLADIR Yer kürəsində maqnit fırtınası başladı NDU-da Beynəlxalq Mədəni Diplomatiya Forumu keçirilib – FOTO Ölkədə kürü istehsalı son 5 ildə 36 dəfə artıb
Reklam
Reklam

Siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Cəmiyyət

Türkiyədə siqaret satışı şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək.

Çağdaş.Az bildirir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.

Nazir bildirib ki, tütün məhsullarının satışında yaşın təsdiqlənməsi sisteminə keçiləcək və siqaretin mağazalardakı rolu məhdudlaşdırılacaq.

Yeni qaydalara əsasən, siqaret almaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etmələri tələb olunacaq. Bununla da məhsulu alan şəxsin yaşı yoxlanılacaq. Türkiyədə 18 yaşdan aşağı şəxslərə siqaret satışı hazırda da qadağandır.

Memişoğlu qeyd edib ki, məqsəd siqaretin cəmiyyətdə adi və normal bir vərdiş kimi qəbul edilməsinin qarşısını almaq, xüsusilə gənclər arasında tütün istifadəsini azaltmaqdır.

Nazir əlavə edib ki, yeni tənzimləmələr çərçivəsində siqaret çəkilən və çəkilməyən ərazilərin sərhədləri dəqiqləşdiriləcək. Xüsusilə kafe və restoranlarda siqaret çəkməyən şəxslərin hüquqlarının qorunmasına diqqət yetiriləcək.

Kemal Memişoğlu yeni qaydaların bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsinin planlaşdırıldığını bildirib./Qafqazinfo/