Son dəqiqə
BU PENSİYAÇILARIN SAYI KƏSKİN AZALDI – Rəqəmlər və səbəblər açıqladı Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı Ürək xəstəliyinin kişilərdə çox vaxt gözardı edilən əlamətləri Putin Trampa verdiyi sözü tutdu – 72 saat ərzində ABŞ-ın şərq sahillərinə… BÜRCLƏRİN pul vərdişləri: qənaət etməyi hamı bacarmır Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Faydasını eşidənlər ağaclara dırmaşırlar – Qiyməti DODAQ UÇUQLADIR Yer kürəsində maqnit fırtınası başladı NDU-da Beynəlxalq Mədəni Diplomatiya Forumu keçirilib – FOTO Ölkədə kürü istehsalı son 5 ildə 36 dəfə artıb
Reklam
Reklam

Faydasını eşidənlər ağaclara dırmaşırlar – Qiyməti DODAQ UÇUQLADIR

Maraqlı
Türkiyənin Artvin bölgəsində ağaclardan toplanan şam ağacı qatranının kiloqramı 10 min lirə (təxminən 345 manat) təşkil edir.

Çağdaş.Az bildirir ki, məhsulun əldə edilməsinin çətinliyi və təhlükəli olması onun qiymətinin yüksək olmasının əsas səbəbləri kimi göstərilir.

Adətən avqust və sentyabr aylarında kənd sakinləri tərəfindən toplanan qatranı əldə etmək xüsusi bacarıq tələb edir. Hündürlüyü 15-20 metrə çatan ağaclara dırmaşan insanlar qatranı bıçaq vasitəsilə ehtiyatla, bir-bir yığırlar.

Artvində 27 ildir ailə biznesi ilə məşğul olan Erkan Büyük şam ağacı qatranının bölgədə keçmişdən bu günə qədər qorunub saxlanılan ənənəvi məhsullardan biri olduğunu bildirib:

“Bu məhsul dağlıq ərazilərdəki ağaclardan bir-bir toplanır. Onun yığılması olduqca zəhmətli işdir. Çox əmək tələb etməsi qiymətinin yüksək olmasının əsas səbəblərindən biridir. 50 yaşdan yuxarı insanlar bu cür məhsullara daha çox maraq göstərirlər. Mədə problemi olan şəxslər isə şam ağacı qatranını balla qarışdırırlar. Onlar bu qarışımı səhər acqarına və ya axşam yatmazdan əvvəl qəbul etdikdə narahatlıqlarının azaldığını söyləyirlər”./Musavat.com/

aw806718-03-bsjn.jpg (57 KB)