Avropa ölkələri Rusiyanın aktivlərini müsadirə edərsə, Moskvanın cavabı sərt olacaq.
Cagdas.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski öz Telegram kanalında bildirib.
“Rusiyanın cavabı sərt olacaq. Biz həm əsas məbləği, həm də faizləri tələb edəcəyik”, – o vurğulayıb.
Bundan əvvəl Avropa Komissiyası Ukrayna üçün “potensial reparasiya krediti”ni təsdiqləyib. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında AK-nın prezidenti Ursula fon der Leyen məlumat verib.
“Politico” yazır ki, Avropa Komissiyası Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 165 milyard avro kredit verilməsini təklif edib.
Belçikanın xarici işlər naziri Maksim Prevost isə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən Ukraynaya təzminat krediti ayrılması təklifini qəti şəkildə qəbuledilməz adlandırıb.


