Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Rusiya prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında aparılan danışıqları davamlı sülhə doğru atılmış bir addım adlandırıb.
Cagdas.az bildirir ki, Leonid Slutskinin sözlərinə görə, Cared Kuşnerin də iştirak etdiyi görüş Ukraynadakı münaqişənin həlli yollarını ətraflı müzakirə etmək imkanı verib.
Slutski qeyd edib ki, Qarşılıqlı güzəştlər əsasında razılaşmanın yolları axtarlır. Rusiya tərəfi isə milli maraqların, suverenliyin, rusların hüquqlarının və sərhəd təhlükəsizliyinin müdafiəsi məsələsi üzərində qətiyyətli mövqe sərgiləyir.
Deputat vurğulayıb ki, Moskvanın arqumentlərini rus qoşunlarının döyüş meydanındakı uğurları dəstəkləyir. Onun sözlərinə görə, Kremldə keçirilən beş saatlıq danışıqlar təsdiqləyir ki, bu gün əsas dialoq Moskva ilə Vaşinqton arasındadır və Avropa paytaxtlarının “alternativ planlar” irəli sürmək cəhdləri bu prosesə mane olmur.
Slutski əlavə edib ki, Ukrayna münaqişəsinin bitməsini Brüssel yox, Moskva və Vaşinqton müəyyən edəcək.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, ABŞ Ukraynanı qeyri-müəyyən müddətə maliyyələşdirməyə davam edə bilməz./Osnmedia.ru/


