• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.8° Weather Columbus
$
1.7
€
1.9916
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ŞOK: Separatçılar təşvişdə – Bakı Vardanyanı bu ölkəyə təhvil verəcək

14 May, 26 / 18:44
A A

Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın gələcək taleyi ilə bağlı siyasi kulislərdə müzakirə edilən ən maraqlı ssenarilərdən biri onun Ukraynaya təhvil verilməsi ehtimalıdır. Bu məsələ sadəcə hüquqi prosedur deyil, həm də beynəlxalq münasibətlər sistemində Qərbin ikili standartlarını ifşa edə biləcək strateji bir gediş kimi qiymətləndirilir.

Vardanyanın fəaliyyəti yalnız Qarabağdakı separatizm ilə məhdudlaşmır; onun adı həm də Donbasdakı qanunsuz rejimlərin maliyyələşdirilməsində, Rusiyanın hərbi təcavüzünə dəstək verilməsində hallanır. Artıq 2022-ci ildən Ukraynanın “Myrotvorets” bazasına daxil edilən və rəsmi Kiyevin sanksiya siyahısında olan bu şəxs barəsində ortaya çıxan faktlar onun qlobal miqyaslı maliyyə cinayətlərində iştirakını təsdiqləyir. Xüsusilə OCCRP-nin araşdırmalarında “Troyka Dialoq” bankı vasitəsilə 4,6 milyard dollar vəsaitin yuyulması faktı Vardanyanın beynəlxalq cinayət şəbəkəsinin mühüm halqası olduğunu göstərir.

Əgər Azərbaycan tərəfi Vardanyanı Ukraynaya ekstradisiya etmək qərarı verərsə, bu, bu günə qədər onu “humanitar xadim” kimi qələmə verməyə çalışan Avropa parlamentariləri və Qərb mediası üçün ciddi bir sınaq olacaq. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Qərb dairələrinin, eyni zamanda Ukraynanın düşmən hesab etdiyi bir şəxsi müdafiə etməsi onların siyasi nüfuzuna ağır zərbə vura bilər.

Cagdas.az  xəbər verir ki ,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Ruben Vardanyanın Ukraynaya ekstradisiya edilməsi məsələsi həm beynəlxalq hüquq, həm də regional təhlükəsizlik arxitekturası baxımından tamamilə əsaslandırılmış və legitim bir addımdır: “Biz burada sadəcə bir şəxsin bir ölkədən digərinə verilməsindən yox, qlobal separatizm və çirkli pulların yuyulması şəbəkəsinin mühüm bir fiqurunun ifşa olunmasından danışırıq. Vardanyan illər boyu postsovet məkanındakı münaqişə ocaqlarını, xüsusilə Ukraynanın şərqindəki qeyri-qanuni rejimləri maliyyələşdirən əsas ‘pulyuyan’ mexanizmlərin rəhbəri olub. Onun Ukrayna tərəfindən ‘Myrotvorets’ siyahısına daxil edilməsi təsadüfi deyil; bu, onun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı apardığı sistemli fəaliyyətin rəsmi təsbitidir. Azərbaycan tərəfindən belə bir addımın atılması, rəsmi Kiyevin separatizmə qarşı apardığı mübarizəyə ən böyük hüquqi dəstək olar və Vardanyanın qaranlıq fəaliyyətinin bütün detallarının — maliyyə kanallarından tutmuş gizli siyasi əlaqələrinədək hər şeyin Ukrayna xüsusi xidmət orqanları tərəfindən araşdırılmasına şərait yaradar”.

Onun sözlərinə görə, bu ehtimalın reallaşması Qərb dünyasındakı bəzi ‘insan hüquqları müdafiəçilərini’ olduqca çıxılmaz və rüsvayçı bir vəziyyətə salacaq: “Uzun müddətdir ki, Avropanın müxtəlif paytaxtlarında və media qurumlarında Vardanyanı bir ‘xeyriyyəçi’ kimi sırımağa çalışan qüvvələr var. Əgər o, Ukraynaya təhvil verilərsə, həmin dairələr paradoksal bir sualla üz-üzə qalacaqlar: Siz on minlərlə ukraynalının qanına səbəb olan müharibənin maliyyə donorunu necə müdafiə edə bilərsiniz? Bu, bir tərəfdən ‘Ukraynanın yanındayıq’ deyib, digər tərəfdən Ukraynanın düşmənini azad etməyə çalışmaq kimi bir siyasi riyakarlıqdır. Vardanyanın ekstradisiyası Avropa siyasətindəki bu ‘ikili standartlar’ divarını darmadağın edə biləcək bir ‘hüquqi bomba’ effektinə malikdir. Ukraynanın rəsmi sanksiya siyahısında olan və Rusiyanın hərbi maşınına xidmət edən bir şəxsi müdafiə etmək istənilən Avropalı siyasətçi üçün karyerasının sonu — siyasi intihar deməkdir”.

Politoloq vurğulayıb ki, ‘Troyka Dialoq’ vasitəsilə yuyulan 4,6 milyard dolların izi mütləq şəkildə beynəlxalq müstəvidə sona qədər təqib edilməlidir: “Vardanyanın istintaqı təkcə Azərbaycanın daxili məsələsi deyil, bu, beynəlxalq cinayətkar şəbəkələrə qarşı qlobal mübarizənin tərkib hissəsidir. Onun Ukrayna ədalətinə təslim edilməsi, separatizmi maliyyələşdirən bütün oliqarxlara verilən ən sərt mesaj olacaq: Cinayət hər yerdə cinayətdir və ədalət mühakiməsindən heç bir ‘xeyriyyəçilik’ maskası ilə qaçmaq mümkün deyil”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda ailə dəyərləri yoxa çıxır – komitə sədri

May 14, 2026
Cəmiyyət

Ödənişsiz çimərlik ərazisində tikinti aparılır – Vətəndaşlar istifadə edə bilməyəcək?

May 14, 2026
Cəmiyyət

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib

May 14, 2026
Cəmiyyət

Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ

May 14, 2026
Cəmiyyət

Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq – Bu aydan etibarən

May 14, 2026
Cəmiyyət

Bazarlardakı bu əti almayın – XƏBƏRDARLIQ

May 14, 2026

XƏBƏR LENTİ

Azərbaycanda ailə dəyərləri yoxa çıxır – komitə sədri

14 May, 26 / 19:53

Ödənişsiz çimərlik ərazisində tikinti aparılır – Vətəndaşlar istifadə edə bilməyəcək?

14 May, 26 / 19:39

Körfəzdə gizli savaş? – Səudiyyə Ərəbistanı ilə bağlı şok iddia

14 May, 26 / 19:28

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib

14 May, 26 / 19:22

Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ

14 May, 26 / 19:12

İran Çin gəmilərinin Hörmüz boğazından keçidini sürətləndirir

14 May, 26 / 19:05

Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq – Bu aydan etibarən

14 May, 26 / 18:58

ŞOK: Separatçılar təşvişdə – Bakı Vardanyanı bu ölkəyə təhvil verəcək

14 May, 26 / 18:44

Bazarlardakı bu əti almayın – XƏBƏRDARLIQ

14 May, 26 / 18:34

Trampın Çin səfəri fonunda Pekindən diqqətçəkən AÇIQLAMA

14 May, 26 / 18:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.