• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
33.2° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ŞOK təhlükə: Azərbaycanda durmadan artır - Qarşısı alınmasa...

01 İyul, 26 / 19:10
A A

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif dərman preparatları və qida əlavələrinin reklamları geniş yayılıb. Bəzi reklamlarda həmin vasitələrin həkim müayinəsi və ya məsləhəti olmadan qəbul edilə biləcəyi vurğulanır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu cür reklamlara aldanaraq dərmanların özbaşına qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər. Məsələ qanunvericilik baxımından dəqiqləşdirilməlidir. Əgər Azərbaycan qanunvericiliyi belə reklamların yayımlanmasına icazə vermirsə, o zaman haqlı sual yaranır: bu reklamlar niyə televiziya kanallarında və digər platformalarda yayımlanır?

Media məkanında, xüsusilə yerli televiziya kanallarında və sosial şəbəkələrin Azərbaycan seqmentində bioloji aktiv qida əlavələrinin (BAQA) və reseptsiz buraxılan bəzi preparatların aqressiv şəkildə reklam edilməsi cəmiyyətin sağlamlığını hər saniyə təhdid edən qlobal bir problemə çevrilib. Reklam çarxlarında bu vasitələrin tibbi möcüzə kimi təqdim olunması, insanları həkim müayinəsindən yayınmağa və özünümüalicəyə sövq edir. Mövcud qanunvericilik repressiv və qadağandici mexanizmlərə sahib olsa da, şirkətlərin hüquqi boşluqlardan istifadə edərək bu məhsulları “dərman” deyil, sadəcə “qida əlavəsi” adı altında hər kəsə sırıması ciddi narahatlıq doğurur.

Çağdaş.Az xəbər verir ki ,məsələ ilə bağlı Nocomment.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, televiziyalarda və internet platformalarında gedən nəzarətsiz dərman və qida əlavəsi reklamları birbaşa əhalinin genofonduna vurulan ağır zərbədir və dərhal dayandırılmalıdır: “Azərbaycan Respublikasının ‘Reklam haqqında’ qanununa görə, reseptlə satılan dərmanların reklamı qəti qadağandır. Reseptsiz satılanların reklamına isə yalnız Səhiyyə Nazirliyinin rəsmi icazəsi və xüsusi ekspertizasından sonra icazə verilə bilər. Lakin bu gün efirləri bürüyən o reklamların əksəriyyəti bioloji aktiv qida əlavələridir. Şirkətlər qanundakı boşluqdan istifadə edirlər; bu maddələr Səhiyyə Nazirliyində deyil, Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsulu kimi qeydiyyatdan keçir, amma efirdə və sosial şəbəkədə xəstəliklərin dərmanı kimi reklam olunur. İnsanlar efirə baxıb elə bilirlər ki, bu qida əlavəsi onun qaraciyərini, böyrəyini təmizləyəcək, ürəyinə xeyir edəcək. Həkim məsləhəti olmadan, kor-koranə qəbul edilən bu maddələr orqanizmdə kəskin allergik reaksiyalara, qaraciyər çatışmazlığına və daxili orqanların fəaliyyətinin tamamilə dayanmasına yol açır”.

Professorun sözlərinə görə, qanunların kağız üzərində qalmaması üçün teleradio məkanına nəzarət edən qurumlar və hüquq-mühafizə orqanları kommersiya maraqlarını kənara qoyaraq ən sərt cəza tədbirlərinə əl atmalıdırlar: “Televiziya kanalları reytinq və reklam gəliri xatirinə vətəndaşların həyatını riskə atmamalıdır. Əgər bir məhsulun reklamında onun müalicəvi əhəmiyyətindən danışılırsa, amma sənəddə o sadəcə qida əlavəsidirsə, bu, birbaşa istehlakçıların aldadılmasıdır və cinayət məsuliyyəti yaradır. Audiovizual Şura və antiinhisar qurumları bu məsələdə kəskin mövqe nümayiş etdirməlidir. Vətəndaşlarımıza da səslənirəm ki, televiziyada gördükləri heç bir ‘sehrli’ çaya, həbə, arıqlama və ya gümrahlaşma vasitəsinə inanmasınlar. Həkim tərəfindən fərdi laborator analizlər əsasında təyin olunmayan hər bir preperat bədənə daxil olan bir zəhərdir. Dövlət səviyyəsində bu reklam şəbəkəsinə qarşı monitorinqlər gücləndirilməli və qanunsuz reklam yayımlayan platformalara kəskin sanksiyalar tətbiq edilməlidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Nurlana Əliyeva vəfat etdi

İyul 1, 2026
Cəmiyyət

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

İyul 1, 2026
Cəmiyyət

VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...

İyul 1, 2026
Cəmiyyət

Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?

 

İyul 1, 2026
Cəmiyyət

Özəl bağça müəllimləri də imtahan verəcəkmi? – Bu şəxslər sıradan çıxacaq…

İyul 1, 2026
Cəmiyyət

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

İyul 1, 2026

XƏBƏR LENTİ

Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur

01 İyul, 26 / 20:51

Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər

01 İyul, 26 / 20:37

Nurlana Əliyeva vəfat etdi

01 İyul, 26 / 20:23

Ermənistan bankları rublla əməliyyatları dayandırdı

01 İyul, 26 / 20:09

Azərbaycan çempionatında ən çox ofsayda düşən futbolçu odur

01 İyul, 26 / 19:55

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

01 İyul, 26 / 19:40

VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...

01 İyul, 26 / 19:24

ŞOK təhlükə: Azərbaycanda durmadan artır - Qarşısı alınmasa...

01 İyul, 26 / 19:10

Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?

 

01 İyul, 26 / 18:54

Bakı İrəvanla MƏXFİ sistem qurur - MÜHÜM layihə

01 İyul, 26 / 18:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.