• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
$
1.7
€
1.9459
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sosial müavinət alanlar pensiyaya keçə bilər?

04 İyul, 26 / 9:16
A A

Azərbaycanda minlərlə vətəndaş pensiya yaşına çatmasına baxmayaraq, az sığorta stajı səbəbindən yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Bəzi hallarda vətəndaşların 25 illik sığorta stajının tamamlanmasına cəmi bir neçə ay qalır.

Pensiya yaşına çatdıqdan sonra sosial müavinət alan şəxs sonradan işləyərək tələb olunan 25 illik stajı tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Bu proses necə tənzimlənir?

Cagdas.az  bildirir ki, globalinfo.az-adanışan iqtisadçı, deputat Vüqar Bayramov vətəndaşın hansı halda əmək pensiyası ala biləcəyini açıqlayıb:

“Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaşın ya azı 25 il sığorta stajına, ya da qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalına malik olması tələb olunur. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144-ə vurulması ilə hesablanır.

Bu göstərici pensiya təyin edilərkən tətbiq olunan qanunvericilik normalarına əsaslanır. Beləliklə, vətəndaşın 25 il sığorta stajı və ya tələb olunan minimum pensiya kapitalı olduqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır”.

V.Bayramovun sözlərinə görə, praktikada elə hallar olur ki, vətəndaşın əmək pensiyası almaq üçün tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmır:

“Bu səbəbdən o, yaşa görə əmək pensiyası hüququndan məhrum olur və yalnız digər sosial təminat mexanizmlərindən yararlana bilir. Bu isə bir çox hallarda vətəndaşların sosial müdafiəsi baxımından arzuolunan nəticə vermir. Bu baxımdan təklifimiz ondan ibarətdir ki, belə hallar qanunvericilikdə xüsusi istisna kimi nəzərə alınsın. Tələb olunan minimum staja çox az müddəti çatmayan vətəndaşlar üçün pensiyanın hesablanması və təyin olunması üzrə ayrıca mexanizm müəyyən edilsin. Bu yanaşma həmin şəxslərin yaşa görə məhz əmək pensiyası almaq hüququ əldə etməsinə imkan yaradar”.

Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi və təkliflərin qiymətləndirilməsi məqsədəuyğun olardı:

“Belə bir yanaşma, xüsusilə də minimum tələb olunan sığorta stajına çox yaxın müddətdə stajı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin daha dolğun təmin edilməsinə xidmət edər”.

Bənzər Xəbərlər

Cəmiyyət

Anomal istilər dünyanı təhdid edir: Əsrlər boyu əmələ gələn buzlar 3 ayda yox olacaq

İyul 4, 2026
Cəmiyyət

XİN ABŞ-nin 250 yaşını təbrik etdi

İyul 4, 2026
Cəmiyyət

Niyə bu qədər ucuzdur? – 12 manata satılan quzu əti ilə bağlı ekspert rəyi

İyul 4, 2026
Cəmiyyət

Bu virus tarixə qovuşdu – sonuncu xəstə sağaldı

İyul 3, 2026
Cəmiyyət

Yay tətili uşaqlar üçün necə keçməlidir? – Valideynlərin diqqətinə

İyul 3, 2026
Cəmiyyət

Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik – RƏSMİ

İyul 3, 2026

XƏBƏR LENTİ

Anomal istilər dünyanı təhdid edir: Əsrlər boyu əmələ gələn buzlar 3 ayda yox olacaq

04 İyul, 26 / 10:37

XİN ABŞ-nin 250 yaşını təbrik etdi

04 İyul, 26 / 10:08

Tramp öz imzası olan 100 dollarlığı paylaşdı

04 İyul, 26 / 9:58

Niyə bu qədər ucuzdur? – 12 manata satılan quzu əti ilə bağlı ekspert rəyi

04 İyul, 26 / 9:44

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul, 26 / 9:30

Sosial müavinət alanlar pensiyaya keçə bilər?

04 İyul, 26 / 9:16

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

04 İyul, 26 / 8:52

Yayda səpkilərdən necə qurtulmaq olar? – Dermatoloqdan tövsiyə

03 İyul, 26 / 23:53

Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur

03 İyul, 26 / 23:40

Bu virus tarixə qovuşdu – sonuncu xəstə sağaldı

03 İyul, 26 / 23:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.