Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Sumqayıta çəyirtkə hücumu – VİDEO

Cəmiyyət

Sumqayıtda dənizkənarı ərazilərə çəyirtkələrin kütləvi axınının görüntüləri yayılıb.

Cagdas.az  xəbər verir ki, açıqlama verən Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov deyib ki, Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir.

O bildirib ki, bir neçə il bundan əvvəl də sözügedən ərazilərdə çəyirtkə yayılmışdı:

“Onda da Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama aparıldı və onlar məhv oldular. Görünür, haradasa onların populyasiyaları qalıb. Çəyirtkələr ildə iki-üç dəfə nəsil artırırlar.

Abşeronda bəzi bitki örtüyü zəngin olan yerlərdə məskunlaşır və qidalanırlar. Görünür, onların yumurta qoyduqları ərazilər ya əkin sahəsinə çevrilib, ya da oradakı bitki örtüyü ləğv edilib. Ona görə də qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər.

Qorxulu bir şey yoxdur”./Oxu.Az/