• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı

20 May, 26 / 22:32
A A

Yüksək keyfiyyətli selfi fotoları artıq təkcə üzü deyil, barmaq izinin detallarını da üzə çıxara bilir. Ekspertlər süni intellekt dəstəkli biometrik təhlükələrə qarşı xəbərdarlıq ediblər.

Cagdas.az xəbər verir ki, smartfon kameralarının hər il daha yüksək keyfiyyət təqdim etməsi biometrik təhlükəsizliklə bağlı yeni müzakirələrə yol açıb. Təhlükəsizlik ekspertlərinin fikrincə, sosial şəbəkələrdə paylaşılan yüksək keyfiyyətli selfilərdən təkcə üz məlumatları deyil, barmaq izi detalları da götürülə bilər.

Mütəxəssislər bildirirlər ki, təxminən 1,5 metr məsafədən çəkilmiş və barmaqların birbaşa kameraya doğru yönəldiyi fotolar, kibercinayətkarların barmaq izi məlumatlarını yenidən bərpa etməsi üçün kifayət qədər detal ehtiva edir. Bu yolla əldə edilən məlumatlar telefonlar, noutbuklar, ödəniş sistemləri və onlayn hesablarda istifadə olunan biometrik təsdiqləmə mexanizmlərini aldatmaq üçün istifadə edilə bilər.

Maliyyə eksperti Li Çanq qeyd edib ki, müasir süni intellekt dəstəkli təsvir emalı alətləri adi selfi kadrlarında fərq edilməsi çətin olan barmaq izi xətlərini aydınlaşdıra bilir. Xüsusilə inkişaf etmiş foto redaktə proqramları təsvirlərdəki xırda detalları kəskinləşdirərək cinayətkarların işini asanlaşdırır.

Çin Elmlər Akademiyası Universitetinin professoru Cinq Civu sə bu prosesin bəzi texniki çətinlikləri olduğunu bildirib. İşıq şəraiti, hərəkət bulanıqlığı və fokuslanma problemləri kimi amillərin barmaq izi çıxarmağı çətinləşdirdiyini deyən Civu, buna baxmayaraq, yüksək keyfiyyətli bir neçə fotonun eyni vaxtda istifadə edilməsi halında uğurlu nəticə əldə etmək ehtimalının ciddi şəkildə artdığını vurğulayıb.

Bu xəbərdarlıqlar ən çox Çində gündəmə gəlib. Bunun əsas səbəbi isə regionda selfi çəkdirərək çox yayğın olan “V” və ya qələbə/sülh işarəsi göstərmək vərdişidir. Barmaq uclarının birbaşa kameraya baxdığı bu pozların, biometrik məlumatların istəmədən paylaşılmasına yol açdığı qeyd olunur.

Barmaq izi hücumları əslində keçmişdən bəri mövcuddur. Lakin əvvəllər bu növ hücumlar yüksək xərc və texniki çətinliklər səbəbindən əksər cinayətkarlar üçün praktiki deyildi. İnkişaf etmiş kamera sistemlərinin yayılması isə bu mənzərəni dəyişir.

Almaniyalı biometriya tədqiqatçısı və “Chaos Computer Club” üzvü Yan Krissler (Jan Krissler), 2013-cü ildə Apple şirkətinin “Touch ID” sistemi təqdim edildikdən dərhal sonra onu qırmağı bacarmışdı. Krissler, bir il sonra Almaniya Müdafiə Nazirinin mətbuata açıq fotolarından istifadə edərək onun barmaq izlərini yenidən istehsal etmişdi.

O dövrdə saxta barmaq izi yaratmaq üçün çoxlu sayda yüksək keyfiyyətli foto, xüsusi çəkiliş şəraiti və xüsusi emal texnikası lazım idi. Lakin müasir smartfonların təqdim etdiyi inkişaf etmiş sensorlar və hesablama fotoqrafiyası texnologiyaları bu prosesi getdikcə daha əlçatan edir. 2021-ci ildə “Kraken Security Labs” tədqiqatçıları tərəfindən aparılan araşdırma riskin miqyasını daha aydın göstərib. Tədqiqatçılar yalnız bir barmaq izi fotosu, Photoshop proqramı, lazer printer və taxta yapışqanından istifadə edərək işlək vəziyyətdə olan saxta barmaq izi hazırladıqlarını açıqlamışdılar.(milli.az)

Bənzər Xəbərlər

Cəmiyyət

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

May 21, 2026
Cəmiyyət

Bakıda yeni YOL ÇƏKİLİR

May 21, 2026
Cəmiyyət

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

May 21, 2026
Cəmiyyət

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

May 21, 2026
Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: Şuşa ilə bağlı yeni standartlar hazırlanıb

May 21, 2026
Cəmiyyət

Bakı metrosunda 10 yeni stansiya: sıxlıq azalacaq

May 21, 2026

XƏBƏR LENTİ

Əli Əsədov iki qərar imzaladı

21 May, 26 / 18:58

Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ

21 May, 26 / 18:41

Bu 7 ölkə HƏR KƏSƏ qapılarını açdı - Üstəlik, PUL DA VERİRLƏR

21 May, 26 / 18:23

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

21 May, 26 / 18:09

Bakıda yeni YOL ÇƏKİLİR

21 May, 26 / 17:55

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

21 May, 26 / 17:42

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

21 May, 26 / 17:27

Ermənistanda azərbaycanlılara qadağalar qoymaq istəyirlər – Karapetyanın planı

21 May, 26 / 17:24

Təcili xəbərdarlıq – Ərzaq qiymətləri yüksələ bilər

21 May, 26 / 17:13

Prezidentin xüsusi nümayəndəsi: Şuşa ilə bağlı yeni standartlar hazırlanıb

21 May, 26 / 16:57
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.