Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq…

Cəmiyyət

Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib.

Cagdas.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırkı mexanizminə yenidən baxılması zərurəti yaranır.

Ekspertin sözlərinə görə, avtomobilə “əmlak kimi” verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur:

“Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır”.

Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb:

“İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu, yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər”.