• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.1° Weather Columbus
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

21 May, 26 / 14:34
A A

Sürücülərin ən çox rastlaşdığı və bəzən qanunvericiliyin tələblərini tam bilmədiyi üçün mübahisə etdiyi mövzulardan biri də nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqlara görə tətbiq edilən inzibati tənbeh tədbirləridir.

Bəs avtomobildə hər hansı nasazlıq aşkarlandıqda yol polisi sürücünü dərhal cərimələyə bilərmi, yoxsa ilk növbədə xəbərdarlıq edilməlidir?

Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirib.

Vəkil bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yolda hərəkət edən nəqliyyat vasitəsində texniki nasazlıq aşkar edildikdə, ilk növbədə dərhal cərimə tətbiq olunmur:

“Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi və ya yolda hərəkət zamanı texniki nasazlığın müəyyən edilməsi fərqli prosedurlardır. Əgər avtomobildə hər hansı texniki nasazlıq aşkarlanarsa, sürücüyə ilk növbədə xəbərdarlıq edilir. Bu xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, aşkar olunmuş nasazlıq qısa müddət ərzində aradan qaldırılmalıdır. Yəni, sürücüyə həmin problemi həll etmək üçün qanuni imkan tanınır”.

M.Muradlı vurğulayıb ki, sürücülər bu xəbərdarlığa məsuliyyətlə yanaşmalıdırlar. Əgər sürücü edilən xəbərdarlığa məhəl qoymazsa və nasazlığı vaxtında aradan qaldırmazsa, o zaman artıq ciddi hüquqi məsuliyyət yaranır:

“Əgər sürücü ona edilən xəbərdarlıqdan sonra da nasazlığı aradan qaldırmırsa və avtomobili o vəziyyətdə idarə etməyə davam edirsə, bu halda artıq ona qarşı inzibati xəta haqqında protokol tərtib olunur və cərimə tətbiq edilir. Qanunvericiliyə müvafiq olaraq, texniki nasazlığı olan nəqliyyat vasitəsinin idarə edilməsinə görə müəyyən olunmuş cərimənin məbləği 50 manat təşkil edir”.

Hansı nasazlıqlara görə cərimə oluna bilərsiniz?

Məlumdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” Qanuna əsasən, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar qrupuna aşağıdakılar daxildir:

-Əyləc sisteminin pozulması;

-Sükan idarə mexanizminin xarab olması;

-Xarici işıq cihazlarının və ya şüşə silgəclərinin işləməməsi (xüsusilə sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünüş şəraitində);

-Təkərlərin və şinlərin qanunla müəyyən edilmiş normativlərə cavab verməməsi;

-Mühərrikin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması.

Hüquqşünas Mehman Muradlı bir daha sürücülərə çağırış edərək bildirib ki, həm maddi zərərə düşməmək, həm də yollarda təhlükəsizliyi təmin etmək üçün avtomobilin texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməli və aşkarlanan qüsurlar vaxtında, xəbərdarlıq mərhələsində ikən aradan qaldırılmalıdır.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

May 21, 2026
Cəmiyyət

Bakıya güclü yağış yağacaq - Sabahın havası

May 21, 2026
Cəmiyyət

Bakının Baş Planında əsas məsələ tıxaclardır

May 21, 2026
Cəmiyyət

Qurban bayramında bunları edənləri ciddi təhlükə gözləyir - Xəbərdarlıq

May 21, 2026
Cəmiyyət

Qatarla gedəcəyimiz Tiflisdə bizi NƏ GÖZLƏYİR? – hər şey 2020-ci ildəki kimi deyil...

May 21, 2026
Cəmiyyət

Gürcüstana getmək istəyənlər bilet qiymətindən əlavə 12 manat da ödəməlidir - Bunu unutsanız…

May 21, 2026

XƏBƏR LENTİ

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

21 May, 26 / 16:29

Ağ Ev Trampın “öldürdüyü” liderlərin siyahısını yaydı

21 May, 26 / 16:00

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

21 May, 26 / 15:46

 SEPAH-ın XƏBƏRDARLIĞI Bakıya da çatdı

21 May, 26 / 15:31

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

21 May, 26 / 15:17

Bakıya güclü yağış yağacaq - Sabahın havası

21 May, 26 / 15:03

Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib

21 May, 26 / 14:48

Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

21 May, 26 / 14:34

SON DƏQİQƏ: Qazaxıstandan AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

21 May, 26 / 14:20

Bakının Baş Planında əsas məsələ tıxaclardır

21 May, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.