Son dəqiqə
“WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek Yardımlının yeni icra başçısı – 37 yaşlı məmurun DOSYESİ

Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür

Cəmiyyət

Vətən müharibəsi dövründə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasından 6 il ötür.

Cagdas.az  bildirir ki, 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutub.

Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulub, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilib./globalinfo.az/