Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO

Cəmiyyət

Bəzi taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan imtina edirlər.

Cagdas.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Sürücülər arxa oturacaqda uşaqların nəzarətsiz qaldığını və ayyaqabı ilə oturacağı çirkləndirdiyini deyirlər. Növbəti müştəri maşına əyləşdikdə isə xoşagəlməz mənzərə ilə qarşılaşır. Nəticədə sürücünün proqramda reytinqi azalır.

Sürücülər deyirlər ki, digər bir problem sərnişinlərin avtomobildə qida qəbul etməsidir. Yemək qırıntıları və ləkələri təmizləmək hər dəfə mümkün olmur.. Bu isə həm avtomobilin ümumi vəziyyətinə, həm də növbəti sərnişinlərin rahatlığına mənfi təsir göstərir.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, sürüclər işindən olamamaq üçün qanunvericliyə uyğun addım atmalıdırlar.

Mövcud qanunvericiliyə əsasən, sərnişinlər də nəqliyyat vasitəsindən istifadə zamanı müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Avtomobilin çirkləndirilməsi, təhlükəsizlik qaydalarının pozulması və digər hallarda sürücü yaranmış vəziyyətlə bağlı tədbir görülməsini tələb edə bilər.\sfera.az\