Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

TƏBİB-dən regionlarda həkim çatışmazlığı ilə bağlı AÇIQLAMA

Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi resursların səmərəli bölüşdürülməsi istiqamətində təhlillərə başlayıb.

Cagdas.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov qurumun media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə keçirilən açıq dialoq görüşündə bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək növbə probleminin əsas hissəsinin aradan qaldırılması nəzərdə tutulur:

“Hazırda ilkin səhiyyə xidmətinin təşkili modelinin formalaşdırılması üzərində işləyirik. Bu yanaşma müəyyənləşdikdən sonra həkimlərin yerləşdirilməsi və miqrasiyası ilə bağlı mərhələli addımlar atılacaq. Artıq bununla bağlı təhlillərə başlanılıb və konkret tədbirlər görülür. İlin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində müəyyən dəyişikliklərin şahidi olacağıq”.

R.Hüseynov bildirib ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə mütəxəssis göndərmək deyil, mövcud insan resurslarını ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürməkdir.

“Hazırda Bakıda və regionlarda həkim təminatı, çatışmazlıq və artıqlıq müşahidə olunan sahələr təhlil edilir. Elə tibb müəssisələri var ki, həkim fəaliyyət göstərsə də, müraciət edənlərin sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Buna görə də məsələyə yalnız ‘həkim çatışmır, ora həkim göndərək’ prinsipi ilə yanaşmaq düzgün deyil”.

İcraçı direktorun müavini əlavə edib ki, həkimlərin yerləşdirilməsi ilə bağlı qərarlar əhalinin tibbi xidmətə real tələbatı və xidmətlərin səmərəliliyi nəzərə alınmaqla veriləcək.(ölkə.az)