Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin ciddi narazılığına səbəb olan kütləvi gecikmələr və reyslərin təxirə salınması halları yaşanıb.
Cagdas.az xəbər verir ki, yayılan videogörüntülərdə narazı sərnişinlərin hava limanında uzun növbələr yaratdığı və məlumatsızlıqdan şikayət etdikləri əks olunub.
Qeyd olunub ki, Bakı-Naxçıvan istiqamətində həyata keçirilməli olan reyslərdə ardıcıl ləngimələr baş verib, hətta gecə saatlarına nəzərdə tutulan uçuşların belə səhərə kimi təxirə salındığı bildirilib.
Sərnişinlər hava limanında heç bir təbii fəlakətin, qaranın, tufanın və ya fırtınanın olmadığını, buna baxmayaraq uçuşların kütləvi şəkildə dayandırıldığını vurğulayıblar.
Onların sözlərinə görə, məsələ ilə bağlı aydın izahat verilməməsi və insanintizarlıqda saxlanılması gərginliyi daha da artırıb.
Vətəndaşlar yaranan problemlə bağlı aidiyyəti qurumlardan rəsmi açıqlama və təcili tədbir görülməsini tələb edirlər.\referans media\
















